main-post-cover

    10 yaşında instagramdakı boşluğu tapdı, 10.000$ facebookdan mükafat aldı!

    Sosial Media
    07.05.2017
    Farid Pardashunas

    10 yaşı olmasına baxmayaraq Jani instagram'da boşluq tapıb və bunu dərhal bildirərək facebook'dan pul almağı bacarıb.

     
    Sosial media, facebook, instagram, whatsapp istifadə edənlərin yaş ortalaması günü gündən aşağı düşür. Bunun ziyanlı tərəfləri olsa da bəzən faydalı tərəfləri də olur. Ən azından 10 yaşı olan Jani'nin etdiyi hərəkətdən sonra bu nəticəyə gəlmək olar. İnstagram'da tapdığı bir boşluqla hələ 10 yaşında facebook'dan 10.000 dollar almağı bacaran bu balacanın gələcəyini təsəvvür etmək qəliz məsələdir. İnstagram'da olan bir boşluq vasitəsilə hər hansı bir şəxsin mesajlarını silməyi bacaran Jani, bunu sübut etmək üçün facebook'un yazdığı test mesajını silib. Justin Bieber'i belə silə biləcəyini dilə gətirən bu balaca özündən əmin və iddialıdır. Fevral ayında olan yenilənmə ilə düzəldilən bu boşluğu tapan şəxsin mükafatı da gecikmədi. Facebook tərəfindən 10.000 dollar mükafat alan Jani, yəqin bu işindən həvəslənib, özünü daha da inkişaf etdirəcək. Görünən odur ki, 10 yaşında instagramda boşluq tapmaq çox böyük nəticədir. Bizim 10 yaşımız olanda axşam hansı növ südü içəcəyimiz haqqında düşünürük. Texnologiyanın inkişafı artıq belə mənzərələrin yaranmasını sürətləndirir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər