100 Dollar ilə milyonların sevgisini necə qazanmaq olar?
Digər
07.05.2017
Farid Pardashunas
Lego. Şübhəsiz
ki bütün uşaqlıq xatirələrinin ən yadda qalan hissələrindən biri. İstər sahib
olsun, istərsə də olmasın hər uşaq mütləq bir Legosu olmasını istəyir. Uşaqların
saf dünyasında, brend ola bilmək, onlara
yaxın və sevilən bir brend ünvanını ala bilmək asan iş deyil. Uğurun çox çətin
mərhələlərin ardından gəldiyinə inanan biri olaraq, "Lego” brendinin arxasında
sadəcə bir oyuncaq modeli fikri deyil, çox güclü bir strategiyanın olduğunu deyə
bilərəm.
Bu
yaxınlarda internetdə "Lego niyə dünyanın bir nömrəli brendidir” adlı bir video
gördüm. Video təxminən 2 milyon insan tərəfindən izlənilib.
2012-ci il Sentyabr
ayının 1-i tarixində, Ceyms Qrossia adlı 10 yaşlı bir uşaq Lego-ya bir məktub
göndərir. Məktubda qısa olaraq bunlar yazılır:
"Salamlar, mənim adım Ceyms
Qrossiadır.
4 yaşımdan bəri "Lego”nun
bir çox oyuncağı ilə çox sevərək oynayıram. Autizm bənzəri bir xəstəliyim
olduğu üçün, Lego mənim sosial həyatımda mənə çox kömək edir. Bir neçə il əvvəl
"Lego”nun Emerald Night adlı bir qatar dəstini gördüm və atamla anamdan bu dəsti
almalarını istədim. Onlar da mənə, əgər pulunu toplaya bilsən özün ala bilərsən,
cavabını verdilər. Bundan sonra mən də iki il boyunca, ad günü və bayramlarda mənə
verilən pulları yığaraq 100 dollara çatdırdım.
Anam,
o qatar dəstini ala bilmək üçün axtarmağa başladı. Ancaq nə internetdə nə də şəhərdəki
mağazalardə o qatar dəstini tapa bilmədik. Çünki siz o dəstin istehsalını dayandırmışdız. O dəsti ala bilməyimin tək yolu eBay ya da Amazonda 250 dollar vermək idi. Mənim o qatar dəsti xaricində çox qatar dəstim var ancaq o dəsti nə vaxt
görsəm, sahib ola bilmədiyim üçün çox pis oluram. Digər mağazalarınıza bu qatar
dəstinin olub olmadığına baxa bilərsiniz? Yada bu qatar dəstini əldə edə bilməyim
üçün bir məsləhətiniz var? Heç bir Lego dəstini həyatımda bu qədər çox istəməmişdim.
Ən
sadiq heyranınız, Ceyms G. Qrossia"
Bundan
təxminən 1.5 ay sonra, Ceyms-in adına bir paket gəlir evlərinə. Bu paket sadəcə
bir qatar dəstinin əksinə, necə mehriban və müştərilərinə yaxın bir brend oluna
biləcəyinin, 100 dollarla milyonlarla insanın necə qazanılacağının və "Lego”nun
niyə bu qədər böyük bir brend olduğunun sübutudur əslində.
Gələn
paketdə Qatar seti ilə bərabər, məktubda aşağıdakılar qeyd edilmişdi:
"Hörmətli
Ceyms,
Biz
həmişə LEGO azarkeşlərini eştiməkdən məmnun oluruq! Sizin qəlbinizdə həqiqətən
LEGO üçün bir ehtiras və sevgi var. Mən də 10 yaşında ikən sizin qədər belə dəstlərə
heyran idim! Özümü hələ də çox böyük bir LEGO heyranı hesab edirəm və sizin ilə
eyni dəstlərə mən də sahibəm. Biz, Müştəri Xidmətləri olaraq bir məktub aldıq və
o məktubda sizin qətiyyətliyinizi gördük. Bu bizə çox təsir etdi.
Emerald
Night çox gözəl bir qatar dəstidir, belə ki, biz başa düşürük o niyə sizin xəyalınızdır.
Və biz sizin iradənizi, bu qatarı əldə etmək üçün 2 il ərzində göstərdiyiniz səbrinizi
çox təqdir edirik. Başqa heç bir dəstin sizi bu qədər xoşbəxt edəcəyini
düşünmürük. Və o qatar dəstinin istehsalının dayandırılmasının sizi məyus
etdiyini anlayırıq. Biz sizin ürəyə toxunan o gözəl məktubunuzu əldə etdikdən
sonra qərar verdik ki, sizin bu arzunuzu reallaşdıraq.
Əzizim
Ceyms, paketin içində sizin üçün Emerald Night qatar dəsti yerləşir və bu dəsti
sizə çatdırmaq bizim üçün böyük zövqdür. Sizin bu arzunuzu yerinə yetirə bilmək
həqiqətən də möhtəşəm bir hissdir. Sizə bir daha heç bir şey üçün kədərlənməməyinizi
və məyus olmamağınızı arzu edirik... Xoşbəxtlik sizinlə olsun!
Biz
ümid edirik ki, sizin LEGO sevginiz hər zaman davam edəcək. Biz bir şirkət kimi
özümüzü çox şanslı hiss edirik ki, sizin kimi heyranlarımız var. Kim bilir, bəlkə
siz də bir gün LEGO komandasının bir üzvü olacaqsınız! Sizin kimi əsl LEGO sevərləri
öz aramızda görməyi çox istəyərik. İşləmək üçün məqbul bir yaşa çatdığınızda bu
məsələni yenidən danışmağa nə deyirsiniz?
Gözəl
oyunlar, Ceyms!
Hörmətlə,
Meqan
Müştəri
Xidmətləri Məsləhətçisi"
O
videonu izləməyiniz üçün bura əlavə edirəm və ümid edirəm, "Lego”nun bu kiçik
amma gözəl addımı hər kəs üçün bir dərs xarakteri oynayar.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək
Xiaomi 14 seriyasına süni intellekt əlavə ediləcək!