Reklam
100 Dollar ilə milyonların sevgisini necə qazanmaq olar?

100 Dollar ilə milyonların sevgisini necə qazanmaq olar?

Digər
08.05.2017 PAYLAŞIM
TECHNOTE @technote TECHNOTE logo icon

Lego. Şübhəsiz ki bütün uşaqlıq xatirələrinin ən yadda qalan hissələrindən biri. İstər sahib olsun, istərsə də olmasın hər uşaq mütləq bir Legosu olmasını istəyir. Uşaqların saf dünyasında, brend ola bilmək, onlara yaxın və sevilən bir brend ünvanını ala bilmək asan iş deyil. Uğurun çox çətin mərhələlərin ardından gəldiyinə inanan biri olaraq, "Lego” brendinin arxasında sadəcə bir oyuncaq modeli fikri deyil, çox güclü bir strategiyanın olduğunu deyə bilərəm.

Bu yaxınlarda internetdə "Lego niyə dünyanın bir nömrəli brendidir” adlı bir video gördüm. Video təxminən 2 milyon insan tərəfindən izlənilib.


2012-ci il Sentyabr ayının 1-i tarixində, Ceyms Qrossia adlı 10 yaşlı bir uşaq Lego-ya bir məktub göndərir. Məktubda qısa olaraq bunlar yazılır:

"Salamlar, mənim adım Ceyms Qrossiadır.

4 yaşımdan bəri "Lego”nun bir çox oyuncağı ilə çox sevərək oynayıram. Autizm bənzəri bir xəstəliyim olduğu üçün, Lego mənim sosial həyatımda mənə çox kömək edir. Bir neçə il əvvəl "Lego”nun Emerald Night adlı bir qatar dəstini gördüm və atamla anamdan bu dəsti almalarını istədim. Onlar da mənə, əgər pulunu toplaya bilsən özün ala bilərsən, cavabını verdilər. Bundan sonra mən də iki il boyunca, ad günü və bayramlarda mənə verilən pulları yığaraq 100 dollara çatdırdım.

Anam, o qatar dəstini ala bilmək üçün axtarmağa başladı. Ancaq nə internetdə nə də şəhərdəki mağazalardə o qatar dəstini tapa bilmədik. Çünki siz o dəstin istehsalını dayandırmışdız. O dəsti ala bilməyimin tək yolu eBay ya da Amazonda 250 dollar vermək idi. Mənim o qatar dəsti xaricində çox qatar dəstim var ancaq o dəsti nə vaxt görsəm, sahib ola bilmədiyim üçün çox pis oluram. Digər mağazalarınıza bu qatar dəstinin olub olmadığına baxa bilərsiniz? Yada bu qatar dəstini əldə edə bilməyim üçün bir məsləhətiniz var? Heç bir Lego dəstini həyatımda bu qədər çox istəməmişdim.

Ən sadiq heyranınız, Ceyms G. Qrossia"

 

Bundan təxminən 1.5 ay sonra, Ceyms-in adına bir paket gəlir evlərinə. Bu paket sadəcə bir qatar dəstinin əksinə, necə mehriban və müştərilərinə yaxın bir brend oluna biləcəyinin, 100 dollarla milyonlarla insanın necə qazanılacağının və "Lego”nun niyə bu qədər böyük bir brend olduğunun sübutudur əslində.

Gələn paketdə Qatar seti ilə bərabər, məktubda aşağıdakılar qeyd edilmişdi:

 

"Hörmətli Ceyms,

Biz həmişə LEGO azarkeşlərini eştiməkdən məmnun oluruq! Sizin qəlbinizdə həqiqətən LEGO üçün bir ehtiras və sevgi var. Mən də 10 yaşında ikən sizin qədər belə dəstlərə heyran idim! Özümü hələ də çox böyük bir LEGO heyranı hesab edirəm və sizin ilə eyni dəstlərə mən də sahibəm. Biz, Müştəri Xidmətləri olaraq bir məktub aldıq və o məktubda sizin qətiyyətliyinizi gördük. Bu bizə çox təsir etdi.

 

Emerald Night çox gözəl bir qatar dəstidir, belə ki, biz başa düşürük o niyə sizin xəyalınızdır. Və biz sizin iradənizi, bu qatarı əldə etmək üçün 2 il ərzində göstərdiyiniz səbrinizi çox təqdir edirik. Başqa heç bir dəstin sizi bu qədər xoşbəxt edəcəyini düşünmürük. Və o qatar dəstinin istehsalının dayandırılmasının sizi məyus etdiyini anlayırıq. Biz sizin ürəyə toxunan o gözəl məktubunuzu əldə etdikdən sonra qərar verdik ki, sizin bu arzunuzu reallaşdıraq.

 

Əzizim Ceyms, paketin içində sizin üçün Emerald Night qatar dəsti yerləşir və bu dəsti sizə çatdırmaq bizim üçün böyük zövqdür. Sizin bu arzunuzu yerinə yetirə bilmək həqiqətən də möhtəşəm bir hissdir. Sizə bir daha heç bir şey üçün kədərlənməməyinizi və məyus olmamağınızı arzu edirik... Xoşbəxtlik sizinlə olsun!

Biz ümid edirik ki, sizin LEGO sevginiz hər zaman davam edəcək. Biz bir şirkət kimi özümüzü çox şanslı hiss edirik ki, sizin kimi heyranlarımız var. Kim bilir, bəlkə siz də bir gün LEGO komandasının bir üzvü olacaqsınız! Sizin kimi əsl LEGO sevərləri öz aramızda görməyi çox istəyərik. İşləmək üçün məqbul bir yaşa çatdığınızda bu məsələni yenidən danışmağa nə deyirsiniz?

Gözəl oyunlar, Ceyms!

Hörmətlə,

Meqan

Müştəri Xidmətləri Məsləhətçisi"

 

O videonu izləməyiniz üçün bura əlavə edirəm və ümid edirəm, "Lego”nun bu kiçik amma gözəl addımı hər kəs üçün bir dərs xarakteri oynayar.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Azercell jurnalistləri Milli Mətbuatın 145-illiyi münasibətilə təbrik edir!..

Məlumatın, xəbərin son dərəcə əhəmiyyətli olduğu ən həssas zamanlarda məhz şücaətli jurnalistlər öz ..


ABŞ-da Google şirkəti məhkəməyə verildi: Səbəb nədir?

ABŞ-da Google şirkəti Android əməliyyat sistemi səbəbilə məhkəməyə verildi.


Alimlər tarixdə ilk dəfə yeni planetin yaranma prosesini müşahidə ediblər (VİDEO..

Hal hazırda olan aktual elmi nöqteyi nəzərdən kainatın yaranması Böyük Partlayış ilə başlayıb. Lakin..


Əsrin sonuna gözlənilən iqlim dəyişikliyi artıq bütün qitələrdə başlayıb..

Güman olunurdu ki, tropik və subtropik regionlarda təyin olunacaq isti və nəm iqlim şəraiti planetin..


Astronomlar Yer kürəsinə ən yaxın olan qara dəliyi aşkar ediblər

Avropa cənub rəsədxanasının (ESO) astronomlarının rəhbərliyi altında olan tədqiqat qrupu kosmik miqy..


'Pandemiya hal hazırki dünya iqtisadiyyatına son qoyacaq və onu tanınmaz hala sa..

İqtisadi böhranlar baş verən zaman onların nəticələri bir neçə ildən sonra heç gözlənilməz istiqamət..

×