main-post-cover

    100 dollara Galaxy S7 Edge-in klonu satışa çıxmağa hazırlaşır

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas
    Çinli istehsalçı "Elephone”un yeni ağıllı telefonu Elephone S7 həm adı, həm də görüntüsü ilə Galaxy S7 Edge ilə eynilik təşkil edir. Artıq günümüzdə telefon markalarının digərində olan xüsusilikləri öz modellərində tətbiq etməsi dəb halını alıb. Amma "Elephone”un yeni modeli bu halı irəli səviyyəyə daşıyıb. Elephone S7 adlı ağıllı telefon bir neçə kiçik detal xaricində Samsung Galaxy S7-nin eynisidir demək mümkündür. Tezliklə satışa çıxacaq telefonun xüsusiyyətləri ilə tanış olaq. Cihaz texniki xüsusiyyətlərinə görə bir qədər fərqlilik daşıyır. Elephone S7 telefonu Android 6.0 əməliyyat sisteminə malik olmaqla yanaşı, 10 nüvəli MediaTek Helio X20 çipsetinə sahibdir. Bundan əlavə telefonun RAM yaddaşı ilə əlaqədar müxtəlif məlumatlar verilməkdədir. Bəzi şaiyələrə görə RAM yaddaşının 2 yaxud 3 və ya 4GB olması gözlənilir. Cihazın hələki, tam qiyməti bilinməsə də 100$ başlayıb və 200$ qədər ola biləcəyi deyilir.

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər