Budapeştdə yerləşən və ilk baxışdan adi kərpic bina olsada orada Ganz elektrik generatoru ilə birləşdirilmiş böyük dizel mühərriki Sulzer yerləşir. 800 at gücünə malik böyük 4 silindrli mühərrik 1912-ci ildə Sulzer şirkətinin lisenziyası əsasında Lang Machine Works şirkəti tərəfindən inşa edilmişdir. İkimərtəbəli ev hündürlüyündə olan mühərrik 110 V (Volt) cərəyanlı daimi elektrik toku istehsal edir. Bununla həmin mühərrik 20-ci əsrin əvvəllərində yerli qaz zavodu Obuda Gas Works-u enerji ilə təmin edirdi. Dizel mühərrikinin idarəolunması elektrik avadanlıqlarının olduğu böyük dispetçer otağı vasitəsilə reallaşdırılırdı. Enerjinin paylanması isə daha iki otaqda yerləşdirilmiş kommutasiya avadanlıqlarının hesabına aparılırdı. Mühərrik, generator və bina İkinci Dünya Müharibəsi-ni yola verərək günümüzə qədər işlək vəziyyətdə qalmaqdadır.
Şərh yoxdur