10900 mAh batareyalı ağıllı telefon!

10900 mAh batareyalı ağıllı telefon!

Texnologiya
08.05.2017 PAYLAŞIM
TECHNOTE @technote TECHNOTE logo icon

Elə bir batareyaya sahib smartfon düşünün ki, hardasa digər mobil cihazlarınızı belə şarj edə bilsin! Əgər düşünə bilmirsinizsə sizə YAAO 6000 adlı smartfon haqqında danışmalıyıq.

Ağıllı telefon sahiblərinin ən böyük problemlərindən biri adətən batareya ömürləri olur. Hardasa əlimizdən yerə qoymadığımız ağıllı telefonlar, güclü təchizatın yanında nə qədər batareya müddəti təklif edərsə o qədər simpatiyamızı qazanırlar. Yeni bir smartfon isə təklif etdiyi batareya həcmi ilə digər ağıllı telefonları belə şarj edə bilər!

YAAO 6000 adlı smartfon, təklif etdiyi 10900 mAh batareya ilə batareya müddətini düşünməməyinizə şərait yaradır. Təəssüf ki, bu smartfon sadəcə Çində satılacaq amma Çində yaşayan tanışlarınız varsa bu şansı əldən qaçırtmaya bilərsiniz. Yüksək həcmli bir powerbank qədər batareya həcmi təklif edən bu smartfonun digər xarakteristikaları isə belədir: 5.5 inç 720 x 1280 TFT ekran, MediaTek MT6735 dörd nüvəli prosessor, 1 GB RAM, 16 GB artırıla bilən yaddaş həcmi, 13 MP arxa və 5 MP ön kamera.


Əlavə olaraq bu nəhəng batareyanın çıxardıla bilən olduğunu da vurğulayaq. Əlavə bir batareya almağı seçsəniz, biri şarj olarkən digərini taxaraq ağıllı telefonunuzla yenə uzun saatlar keçirtməyə davam edə bilərsiniz. Batareyanın dəyişdirilə bilən olmasındakı digər səbəbin isə, belə bir batareyanın şarj edilməsinin uzun zaman almasıdır. Yəni sabit bir batareya olsaydı və cihazınızın tam şarj olmasını gözləsəydiniz bu biraz can sıxıcı ola bilərdi. Cihazın qalınlığı isə batareyasının təsiri ilə 18.1 mmağırlığının 500 qr ətrafında olduğu görünür.

Jingdong adlı web saytda ön satışa çıxarılan ağıllı telefonun qiyməti isə 220 dollardır. YAAO 6000-in digər bazarlar üçün satışa çıxarılması isə gözlənilmir.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


İnsan beynini "hack" etməyə çalışan 11 texnologiya

Gələcəkdə biz öz yaddaşlarımıza Facebook-un ana səhifəsindəki kimi baxa və öz düşüncələrimi..


Elon Musk: "Günlərin birində "Tesla", "Apple"dan daha b..

\"Tesla” şirkətinin CEO-su Elon musk, sözügedən şirkət barəsində maraqlı proqnoz verib. ..


Huawei Honor 9-un ilk render fotoları sızdırıldı

\"Huawei” şirkətinə məxsus olan Honor brendi yeni flaqman olacaq Honor 9 üzərində çalışır. ..


Fashion Tech. Yeni sənayenin yaranması və ya köhnənin transformasiyası?

Moda sənayesinin irəli getməsi üçün bir sıra sənayelərin birləşməsi lazımdır. Kimsə bir ye..


Orta texniki göstəricilərə sahib dünyanın ən balaca 4G smartfonu Jelly

Böyük smartfonlardan və batareya həcminin böyüməsinə baxmayaraq çalışma vaxtının azaldığı sma..


Saniyədə 5 trilyon kadr sürətlə çəkiliş edən kamera yaradılıb (VİDEO)..

İsveçli fiziklər, saniyədə 5 trilyon kadr sürətində video çəkməyə nail olublar. İxtira olunm..

×