12.000$-lıq hack oluna bilməyən Solarin Smartphon telefonu

12.000$-lıq hack oluna bilməyən Solarin Smartphon telefonu

Texnologiya
08.05.2017 PAYLAŞIM
TECHNOTE @technote TECHNOTE logo icon

Mobil telefona 12.000$ verərdinizmi? Əgər telefonun təhlükəsizliyi sizin üçün vacibdirsə, onda bu telefon sizin üçündür

Hər gün yeni bir cihaz istehsal olunsa da onların təhlükəsizliyi haqda əminliklə danışmaq bir qədər çətindir. İstər İOS, istərsə də Android olmasından asılı olmayaraq bir çox cihazların hackerlər tərəfindən asanlıqla hack edildiyi hamıya məlumdur. Bu günədək barmaq izi sensoru, təhlükəsizlik kodu və s. kimi üsullar istifadə olunsa da təhlükəsizlik tam təmin olunmur. Bütün bu faktları nəzərə alan Sirin Labs firması bunun həlli yolunu tapıb. Bu yenilik isə Solarin Smartphon-dur. Solarin-in ən vacib və gözəçarpan xüsusiyyəti isə onun arxa hissəsində olan "switch” düyməsidir. Bu düymə telefonun təhlükəsizliyini təmin edir və cihazdakı bütün mesajlar həmin rejimə keçdikdə şifrələnir. 256 bit AES (inkişaf etdirilmiş standart) sisteminə sahib olan telefon, tətbiqlərinizdə təhlükəsizliklə əlaqəli problem çıxdıqda sizə əlaqəli xəbərdarlıq edir. Bundan əlavə təhlükəsizlik rejimində tətbiqlərin istifadə etdiyi GPS, bluetooth və Wi-fi kimi xüsusiyyətlər deaktiv olunaraq şifrələnir.



1440x2560 keyfiyyətli 5.5 inç ekran, 4GB RAM, 128 GB sabit saxlama sahəsi, 23.8 MP arxa, 8MP ön kameraya, 4040mAh batareyaya və Android 5.1 əməliyyat sisteminə sahib cihazda Snapdragon 810 çipseti mövcuddur. Təəccüblüdür ki, bu dərəcədə yüksək performanslı telefonda 810 çipseti istifadə olunub. Çünki bu çipset çox tez qızması ilə məlumdur.

Bu qədər təhlükəsizliyi təmin edən və yüksək standartlı telefon olan Solarin Smartphone-un qiyməti nə az, nə çox 12.000$ təşkil edir. İndidən alanları təbrik edirik.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


İnsan beynini "hack" etməyə çalışan 11 texnologiya

Gələcəkdə biz öz yaddaşlarımıza Facebook-un ana səhifəsindəki kimi baxa və öz düşüncələrimi..


Elon Musk: "Günlərin birində "Tesla", "Apple"dan daha b..

\"Tesla” şirkətinin CEO-su Elon musk, sözügedən şirkət barəsində maraqlı proqnoz verib. ..


Huawei Honor 9-un ilk render fotoları sızdırıldı

\"Huawei” şirkətinə məxsus olan Honor brendi yeni flaqman olacaq Honor 9 üzərində çalışır. ..


Fashion Tech. Yeni sənayenin yaranması və ya köhnənin transformasiyası?

Moda sənayesinin irəli getməsi üçün bir sıra sənayelərin birləşməsi lazımdır. Kimsə bir ye..


Orta texniki göstəricilərə sahib dünyanın ən balaca 4G smartfonu Jelly

Böyük smartfonlardan və batareya həcminin böyüməsinə baxmayaraq çalışma vaxtının azaldığı sma..


Saniyədə 5 trilyon kadr sürətlə çəkiliş edən kamera yaradılıb (VİDEO)..

İsveçli fiziklər, saniyədə 5 trilyon kadr sürətində video çəkməyə nail olublar. İxtira olunm..

×