main-post-cover

    13 noyabr tarixində kosmik qalıq Yer kürəsinə düşəcək

    07.05.2017
    Farid Pardashunas
    Kosmik qalığın müəmmalı bir hissəsi 13 noyabr tarixində Yer kürəsinə düşəcək. Astrofiziklər həmin obyekti 2013-cü ildən bəri müşahidə edirlər. Lakin buna baxmayaraq onun nə olduğunu bilmirlər. WT1190F adlı kosmik qalığın bir hissəsi 18 Fevral 2013-cü il tarixində aşkarlanmış və sonradan yoxa çıxaraq həmin ilin noyabr ayının sonunda yenidən peyda olmuşdur. 2015-ci ilin oktyabr ayında mütəxəssislər onun uçuş traektoriyasını hesablamışdılar. Məlum oldu ki, həmin obyekt Yer kürəsinin süni peykidir. Alınmış məlumatlara görə 13 noyabr tarixində obyekt Şri-Lanka adasının cənub sahilindən 65 kilometr uzaqlıqda bir yerə düşəcək. Onun böyük bir hissəsi atmosferdə yanacaq. Buna görədə həmin tarixdə göy üzündə işıqlı izi müşahidə etmək mümkün olacaq. Astrofiziklər üçün əsas sual olaraq WT1190F obyektinin nə olması durur. Onun uzunluğu 2 metr-ə çatır. Lakin asteroid və digər obyekt kimi təbii yaranmış obyektə bənzəmir. Harward astrofiziki Jonathan McDowell güman edir ki, həmin obyekt ABŞ-ın "Apollon" kosmik proqramı vaxtlarından qalan fraqmentdir. Buna baxmayaraq 2013-cü ildə birdən birə peyda olmuş WT1190F obyekti alimlərin təəccübünə səbəb olmuşdur. Onlar onun Yer kürəsinə yaxınlaşmasını böyük maraqla gözləyirlər. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər