PINE A64, 64-bit dəstəkli və tək kartlı super kompyuterdir. Kickstarter üzərindən 31,416 dollar hədəfləyən PINE 64, artıq daha çoxunu əldə edib. (hələlik 508 min dollar)
Hədəfindən demək olar ki, 20 dəfə çoxuna çatan PINE 64’ün belə uğur qazanmasına səbəb onun təqdim etdiyi kompyuterin gücüdür. HDMI portuyla bir ekrana bağlana bilən PINE 64, 4 nüvəli Cortex A53 (1.3GHz) prosessora sahibdir. 2 nüvəli Mali400-MP2 qrafik prosessoru olan kompyuterin 512 MB və 1 GB DDR3 RAM versiyaları vardır. (1 GB versiyasının qiyməti 19 dollardır)
Kompyuterin yaddaşı 256 GB’a qədər yüksələ bilir. 2 ədəd USB 2.0 və 1 ədəd HDMI portu olan kompyuter 4K ölçüyə qədər ekran dəstəyinə sahibdir. Aşağıda "mini kompyuter" anlayışının öncüllərindən olan Rapsberry’nin cihazlarıyla PINE A64’ün qiymət və təchizat qarşılaşdırılması verilib. Həm qiymət, həm də performans baxımından PINE A64’ün daha öndə olduğunu görürük.
Bir klaviatura və maus ilə PINE A64 Android 5.1 əməliyyat sistemi ilə işləyəcək şəkildə Chrome, Microsoft Word, Excel, Powerpoint kimi proqramları da aça bilir, YouTube’dan istədiyiniz videonu endirə bilir.
PINE A64’ün yanvar ayından etibarən limitli sayda beta məhsullarının satışa çıxarılacağı, fevral ayından isə original məhsullarının təqdim olunacağə qeyd olunur.
Şərh yoxdur