main-post-cover

    15 yaşlı britaniyalı gənc dronların yarışında birinci yeri tutub

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas
    15 yaşlı britaniyalı gənc Luke Bannister dünyada ilk dəfə keçirilmiş dron yarışları üzrə çempionatda qalib olaraq 1milyon dollarlıq ümumi uduş fondundan 250.000 dollar qazanıb. Dubayda keçirilmiş çempionatda uduş fondu uğrunda 150 komanda iştirak edib. World Drone Prix təmsil etdiyi sahə üzrə keçirilən ən böyük tədbirdir. Bu tədbirdə dünyanın ən yaxşı dron pilotları bir araya gələrək böyük uduş uğrunda mübarizə aparırlar. Bundan əlavə olaraq tədbirin keçirilməsində əsas məqsəd dron sahəsinə innovativ texnologiyaların və yeniliklərin gətirilməsidir. World Drone Prix-in ümumi uduş fondu 1 milyon dollar təşkil edib. Bununla tədbir bu sahə üzrə keçirilən ən böyüyü hesab edilir.
     

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər