Ortaya çıxan bir məlumat və sızıntı iPhone 7 və 7 plus modellərinin daxili yaddaşı ilə bağlıdır.
Səslənən başlıq, qulağa xoş gəlir. Nəhayət, Apple deyəsən bütün tənqidləri nəzərə alıb ən aşağı daxili yaddaşa sahib olan modeli 16 GB yox 32 GB ilə təqdim edəcək. IHS texnologiya araşdırma müdürü olan Kevin Wang, Weiboda yayınladığı mesajında tədarük zinciri araşdırmasına görə iPhone 7-də minumum 32 GB daxili və 2 GB operativ yaddaş olacaq. Kevin Wang bazar araşdırmasında olduqca güclü və dərin bağlantılara sahib bir simadır. Əksər iddiaları gerçəkləşən bu şəxsin son iddiası ciddiyə alınacaq şəkildədir.
Wang-ın iddiası ilə yanaşı bu yaxınlarda başqa bir mənbə Apple-ın yeni cihazlarında 16 GB daxili yaddaşdan imtina edəcəyini açıqlamışdı. Hətta səslənən iddialarda iPhone 7 və 7 Plus-un iPad Pro kimi 32 GB, 128 GB, 256 GB daxili yaddaşa sahib olacağı vurğulanmışdı.
Şərh yoxdur