main-post-cover

    16 yaşlı məktəblinin tək başına hazırladığı oyun

    Digər
    07.05.2017
    Farid Pardashunas
    Keçən ilin dekabr ayında 16 yaşlı avstraliyalı məktəbli Anthony Tan Reddit saytında tək başına hazırladığı Way to the Woods oyununun fotolarını paylaşmışdı. Fotolardan sonra bütün qərb mətbuatı bu oyunu müzakirə edirdi. Jurnalistlər və müşahidəçilər yetkinlik yaşına çatmamış oğlanın tək başına çox gözəl vizual qrafikaya yiyələnməsinə heyran qalmışdılar. Daha sonra Team 17 adlı şirkət Anthony ilə görüşüb oyunu hazırlamaq da və satışa çıxartmaq da köməkçi olmaq üçün onunla müqavilə bağlayıb. 16 yaşlı Anthony bu barədə öz bloqunda yazıb. Polygon saytı isə onun haqqında hətda məqalə belə hazırlayıb. 
     
    Hal-hazırda məlumdur ki, Way to the Woods 3D görünüşlü macəra oyunu olacaq. Oyunçular bala maral ilə dünyanın sürrealistik təzahürlərini müşahidə edəcək digər bir maral rolunda oynayacaqlar. No Man's Sky oyununun yaradıcısı Sean Murray məktəblinin proyektini çox yüksək qiymətləndirib. Oyunun nə vaxt satışa çıxması hələki söylənilməsə də artıq məlumdur ki, Anthony digər proyektlər üzərindədə çalışır. Hal-hazırda o Studio Happy Bee adlı şirkətini yaratmaq üçün öz uğurlu yoluna başlayıb.
     
     
     
     
     

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər