main-post-cover

    17 yaşında ayda 30.000$ qazanan gəncdən 5 dəyərli məsləhət.

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas
     
    Həftəlik 100$ qazanmağı hədəfləyib, online ticarətlə məşğul olan və nəticədə ayda 70.000$ qazanan 17 yaşlı gəncin məsləhətləri hər kəs üçün ilham mənbəyi ola bilər.

    Temper Thompson 17 yaşı olmasına baxmayaraq online ticarət vasitəsilə ayda 70.000$  qazanan gənc təşəbbüskardır. İlkin məqsədi həftədə 100$ qazanıb cib xərcliyini çıxarmaq istəyən bu gəncin kiçik biznesi günlər keçdikcə inkişaf etməyə başlayıb. Hazırda aylıq qazancı bir çox amerikalının illik qazancından çox olan bu gəncin biznesə maraqlı yanaşmaları mövcuddur.
     
    Hələ 8-ci sinifdə ailəsindən xərclik almaqdan imtina edən bu gənc həmin ərəfədə özünün online ticarət saytını hazırlayır. Aylıq qazancını 30.000$'a çıxaran bu balacanın yaşıdlarına verdiyi məsləhət düşünürəm ki, bütün təşəbbükarların qulağına sırğa olmalıdır.

    Hərəkət edin.
    Çox insan nəsə etmək istədiyini deyər, lakin heç biri addım atmaz. Addım atmaqdan çəkinməyin və hərəkətə keçin. Mütləq hərəkət edin yoxsa qətiyyən bacarıqlı ola bilməzsiniz.
     
    Səhv etməkdən qorxmayın.
    Bu vaxta qədər çox səhv buraxdığını və ətrafındankıların bu səhvlərə görə tez həvəsdən düşüb işlərini dayandırmasını qeyd edən Temper: "uğursuzluğu uğura çevirməyi bacarmalısınız, xətaları gördükdən sonra daha uğurlu olmaq olur"
     
    Fokuslanmalısınız.
    Müəyyən bir məqsədə fokuslanmaq mütləqdir. Bir çox işi yerinə yetirməkdənsə, ən yaxşı bacardığınız işə fokuslanmaq daha tez uğur gətirir.
     
    Ətrafınızda sizi həvəsdən salan insanları saxlamayın.
    Ətrafınızda sizə ilham verəcək adamların və yaxşı dostların olması uğurun təməl elementlərindən biridir. Uğurumda ailəmin payı böyükdür, çünki onlar həmişə mənə mənəvi dəstək olublar. Ailəm məni başa düşürdü, çünki onlarda təşəbbüskar idilər.
     
    Rahat olsaz, davam edə bilməyəcəksiniz.
    Çox adam işə başlayanda və müəyyən yerə gəlib çatanda rahatlayır və xoşbəxt olur. Mən həftəlik 100$ qazananda daha çox qazanmağın yollarını araşdırırdım.

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər