main-post-cover

    18 ədəd pəri olan Drone\'u, ilk dəfə pilot idarə etdi

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas
    Hal-hazırda ən populyar ixtiralardan biri olan drone'lar üçün Almaniyada ilk dəfə pilot idarə edən drone uçuşu həyata  keçirildi.

    Cibə sığacaq qədər kiçik, insan daşıya bilən, hətta hərbidə raket və müxtəlif hərbi avadanlıqlar daşıyacaq qədər böyük versiyaları olan drone'lar, ilk çıxdığı illərdə Pilotsuz Uçuş Aparatı, yəni PUA adlandırılmışdı. İndi isə müxtəlif versiyaları və istifadə məqsədlərinə görə çox fərqli növləri olan bu  aparatların fərqli bir növü də Almaniyada istehsal edilib. 2011-ci ildən bəri inkişaf etdirilən Volocopter adındakı 18 pərli drone, bir neçə gün öncə  ilk pilotlu uçuşunu həyata keçirib.
     


    Yuxarıda gördüyünüz kimi çox böyük bir drone olan Volocopter, texniki olaraq  vertolyotla eyni olduğu düşünülə bilər. Ancaq bu aparatın vertolyota nisbətən həm çox yüngül, həm də çox az xərc tələb etməsi onun daha cəlb edici olmasına gətirib çıxarır. Həmçinin elektrikli mühərriklə işləyən, yanacaq cəhətdən də təbiətə zərər verməyən Volocopter'in uçuş müddəti hələ ki, sadəcə 20 dəqiqədir.

    Ümumi 450 kq ağırlıq daşıya bilən bu drone, 100 kms/s sürət yığa bilir. Videoda da görəcəyiniz kimi, manevr qabiliyyəti həm çox yaxşı, həm də asan olan Volocopter, uzaqdan da idarə edilə bilir. Əgər bütün işləri tamalanıb, lazım olan icazələri ala bilsə, şəxsi vertolyot turu keçirtmək və ticarət məqsədilə istifadə etmək mümkün olacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər