main-post-cover

    18GB RAM , 60MP arxa, 20MP ön kamera və 1.2 TB yaddaşa sahib növbəti telefon

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas
    Keçən həftə 2 Snapdragon 830 prosessoruna sahib bir telefon istehsal edəcəklərini açıqlayan "TRI” şirkəti, indi də başqa bir möhtəşəm funksiyalı telefonu 2018-ci ildə təqdim etməsi haqda məlumat verib.
    Keçən həftə çox yüksək texniki xüsusiyyətləri olan Turing Phone Cadenza telefonu haqda məlumat hər kəsin diqqətini çəkmişdi. "Turing Robotics Industries" şirkətinə məxsus bu telefonun gerçəkliyinə heç kim inanmasa da, şirkət israrla bunun real olduğunu iddia edirdi. Hələ bu yenilik haqda söz-söhbətlər bitməmiş, şirkət daha vacib xüsusiyyətlər daşıyacaq digər telefonu haqda məlumat yayıb.

    3 Snapdragon 830 prosessorlu telefon!


    Şirkət 2018-ci ildə yeni bir telefon çıxaracağını və cihazın 3 Snapdragon 830 prosessoruna malik olacağını bildirib. Telefonun adı isə Turing Monolith Chaconne olaraq açıqlanıb. Telefon 18 GB RAM, 256 GB microSD kart yeri, 1.2 TB daxili yaddaş və Swordfish əməliyyat sisteminə sahib olacaq. Eyni zamanda 6.4 inç ekrana sahib olacaq cihazın 4K (UHD) keyfiyyətə malik olacağı bildirilir. Bundan əlavə cihazın 20MP ön, 60MP arxa kameraya sahib olacağı bildirilir.
    Sadalanan xüsusiyyətlər nə qədər inanılmaz olsa da şirkət bu mövzuda qərarlı olduğunu bildirir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər