
1980-ci illərin texnologiyaları
Elm & Texnologiya
07.05.2017
Farid Pardashunas
1980-ci illər dedikdə istər 90-cı illərdə dünyaya gələn, istərsə də 80-ci illərdə böyümüş insanların ağıllarına fərqli, nostaljik hisslər gələcəkdir. Bu bəlkə 80-lərin musiqisi, TV verlişləri və ya MS-DOS əməliyyat sistemi ola bilər. 80-lərin stilini və musiqisini bəlkə də sevmirsiniz, ancaq o zamanlarda texnologiya baxımından maraq oyandıran irəliləyişlər yaşandı. İstəyirsinizsə gəlin, dünyanın təxminən 30 il əvvəlki texnologiyalarını birlikdə xatırlayaq.
80-lərin texnologiyaları
1980-ləri
xatırlamanın ən gözəl yollarından biri, o zamanların
texnologiyasını gözümüzün önünə gətirməkdir. 80-ci illərdə 3.495 dollarlq 10 MB həcmli bir diskə heyranlıqla baxırdıq.
Əlbəttə, belə bir sabit diskin işinizə yaraması üçün
əvvəlcə təxminən 2.500 dolları gözdən çıxardıb bir
kompüter almalı idiniz.
10
MB-lıq sabit diskin 1980-lərin ən möhtəşəm texnologiyalarından
olduğunu düşünürsünüzsə yanılırsınız. Super qəhrəman
telefonu olaraq bilinən "Freedom Phone” digər bütün
telefonlardan üstün olduğunu və onları zibilliyə atdıracağını
iddia edirdi.


Əgər
"Freedom Phone” sizə böyük və kobud göründüsə, o
vaxtların çox danışılan texnologiyası
olan "Garfield
Telephone”-a bir nəzər salın. Telefonu açdığınızda
Garfield-in gözləri açılır, beləcə telefonda danışdığınızı
sizə baxıb anlamayanlar, bunu Garfield-ə baxaraq başa düşə
bilirdilər. Bundan əlavə cihaz, son nömrəyə təkrar zəng etmə
və səsi azaltma (mute) kimi o vaxtlar əfsanə
sayılan
funksiyalara da sahib idi.
80-lərin oyunları

80-lərin musiqi texnologiyası

Linki kopyala
Həftənin xəbərləri

