Reklam
1985-ci ildə iPhone hansı qiymətə satılardı?

1985-ci ildə iPhone hansı qiymətə satılardı?

Texnologiya
08.05.2017 PAYLAŞIM
TECHNOTE @technote TECHNOTE logo icon

Texniki göstəricilər və proqram özəlliklərini nəzərə alsaq sizin smartfonunuz 1985-ci ildə hansı qiymətə satılardı?

"WebpageFX” marketinq şirkəti bununla bağlı araşdırma apararaq müəyyən edib ki, müasir iPhone 30 il bundan öncə $32 136 910 qiymətinə satılardı. Technote.az-ın "Macdigger.com” saytına istinadən verdiyi xəbərə əsasən ilk baxışdan bu inanılmaz görünsə də mütəxəssislər tərəfindən aparılmış araşdırma nəticələri bunun mümkünlüyünü sübut edir. Məsələn əgər siz həmin illərdə Motorola DynaTAC kimi cihaz əldə etmək istəsəydiniz onda $9000-dan keçməli olacaqdınız. Bu isə günümüzdə orta büdcəli smartfonun qiymətindən qat-qat çoxdur. Dostunuza ismarıc və ya foto göndərmək istəyirsiniz? Onda sizə faks lazım olacaq. 1985-ci ildə faks cihazı $1105-a satılırdı. Hal-hazırda GPS funksiyası demək olar ki, hər bir cihazda mövcuddur. 30 il bundan öncə isə naviqatorun qiyməti $6630 təşkil edirdi.

Lakin bu hələ başlanğıcdır. Mütəxəssislər qeyd ediblər ki, həmin illərdə musiqiyə qulaq asmaq üçün insanlar qiyməti $400 olan Sony D-50 cihazını alırdılar. İndi isə istənilən smartfon MP3 player özəlliyinə sahibdir. Bundan əlavə olaraq hər bir iPhone Apple Music funksiyası ilə təchiz olunur. Foto çəkmək üçün qiyməti $3700 olan kamera almaq lazım gəlirdi. Müasir dövrdə isə smartfonlarda olan ywksək keyfiyyətli kameralar vasitəsilə istənilən vaxt foto çəkmək mümkündür. Bununla belə bütün bu cihazların ümumi qiyməti 32 milyon təşkil edə bilməz. Bəs bu cür qiymət necə ortaya çıxıb? Məsələ cihazın gücündədir. iPhone-nun hesablama gücünə sahib olmaq üçün 1985-ci ildə insanlar Cray-2 adlı superkompüteri almalı idilər. Onun qiyməti isə 32 milyon dollar təşkil edirdi.


"Cray-2 superkompüteri uzun illər ərzində dünyanın ən məhsuldar kompüteri hesab olunurdu”- deyə araşdırma aparmış mütəxəssislər bildiriblər. Günümüzdə isə bütün bu güc kiçik smartfonda birləşmişdir. Bəli 1985-ci ildə smartfon alışı çox baha baş gələ bilərdi. Lakin "WebpageFX”-in araşdırmasını bir kənara qoysaq onda görərik ki, müasir dövrdə elektron cihazların alışı hətda sərfəlidir. 1985-ci ildəki iPhone qiymətinə indiki zamanda 957 smartfon, 2016 avtomobil və 109 yeni ev almaq olar.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


İnsan beynini "hack" etməyə çalışan 11 texnologiya

Gələcəkdə biz öz yaddaşlarımıza Facebook-un ana səhifəsindəki kimi baxa və öz düşüncələrimi..


Elon Musk: "Günlərin birində "Tesla", "Apple"dan daha b..

\"Tesla” şirkətinin CEO-su Elon musk, sözügedən şirkət barəsində maraqlı proqnoz verib. ..


Huawei Honor 9-un ilk render fotoları sızdırıldı

\"Huawei” şirkətinə məxsus olan Honor brendi yeni flaqman olacaq Honor 9 üzərində çalışır. ..


Fashion Tech. Yeni sənayenin yaranması və ya köhnənin transformasiyası?

Moda sənayesinin irəli getməsi üçün bir sıra sənayelərin birləşməsi lazımdır. Kimsə bir ye..


Orta texniki göstəricilərə sahib dünyanın ən balaca 4G smartfonu Jelly

Böyük smartfonlardan və batareya həcminin böyüməsinə baxmayaraq çalışma vaxtının azaldığı sma..


Saniyədə 5 trilyon kadr sürətlə çəkiliş edən kamera yaradılıb (VİDEO)..

İsveçli fiziklər, saniyədə 5 trilyon kadr sürətində video çəkməyə nail olublar. İxtira olunm..

×