main-post-cover

    2 il bundan öncə yaradılmış materialın yeni maraqlı xüsusiyyəti

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas
    Hələ 2 il bundan öncə SurreyNanoSystems şirkəti dünyanın ən qara rəngli materialı Vantablack-ı istehsal etmişdi. Həmin vaxtda yeni material işığın yalnız 0.035%-ni əks etdirirdi. Lakin şirkət əldə edilmiş nəticə ilə kifayətlənməyərək məhsulu mükəmməlləşdirdi. Hətda o dərəcədə mükəmməlləşdirdi ki, işığın zəif olduğu mühitdə sözügedən material faktiki olaraq gözəgörünməz olur. SurreyNanoSystems şirkətinin son nəticələr haqqında hesabatı:
    "Yeni məhsul o dərəcədə qara səth təmin etdi ki, onu hətda spektrometrlər belə ölçə bilmirlər. Bundan əlavə olaraq material yüksək enerjili lazer şüasını əks etdirmir. Biz bu vaxta kimi infraqırmızı spektrdə ölçülməsi mümkün olmayan material almamışdıq". 
     
     


    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər