20 illik bir dövr 3 dəqiqəlik videoda. "Apple" saytının təkamülü
Elm & Texnologiya
07.05.2017
Farid Pardashunas
Artıq 16 ildir ki, biz yeni əsrdə
yaşayırıq. Lakin buna baxmayaraq bəzən bizə elə gəlir ki, yeni heçnə baş
vermir. Keçmiş və indiki zaman arasındakı uçurumu bizi əhatə edən cihazlarla
keçmiş əsrin sonunda çıxmış cihazları fərqləndirərək görmək olar. Və yaxud bu
illər ərzində çox dəyişmiş internetə nəzər salmaq kifayətdir. Məsələn biz IT
üzrə dünyanın ən böyük şirkəti "Apple”ın saytının bu illər ərzində necə təkamül
keçirtdiyinə baxa bilərik. Şirkətin qrafikalı və düyməli ilk saytı 1996-cı ildə
fəaliyyətə başlamışdır. Məhz bu ildə iflasın uçurumunda olan şirkətə Stiv Cobsgeri qayıtmışdı. Həmin vaxtda diqqət mərkəzində olmuş məhsullar Mac OS 8, PowerBook noutbook-ları və Newton OS əməliyyat sistemli cib kompüterləri idi. 1 ildən
sonra isə Cobs-un təsiri hətta şirkətin saytın da belə hiss olunur. Sayt
dizaynı tamamilə dəyişmiş və istifadəçiləri yeni məhsul iMac ilə qarşılayırdı.
2000-ci ildə "Apple” saytı infrastrukturu müasir sayta bənzəyir. Qeyd edək ki,
şirkət keçən il saytın dizaynını yenidən dəyişərək sayta yeni funksiyalar əlavə
etmişdir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək
Galaxy C seriyası geri qayıtdı: Samsung Galaxy C55 5G smartfonu təqdim edilib - QİYMƏTİ