20 maraqlı psixoloji araşdırma
07.05.2017
Farid Pardashunas
Texnologiya yaşadığımız dövrün ayrılmaz
hissəsini təşkil edir. Bu yazıda ümumi maraqlı psixoloji faktlar və
texnologiyanın həyatımıza təsiri haqda danışacağıq. Maraqlı faktlarla tanış
olaq.
1. İnsan öz-özünü qıdıqlaya bilməz.
Sadəcə bəzi şizofreniya xəstələri bunu bacarır!
2. Beynimiz, sıxıcı insanların ürək
sıxan danışıqlarını olduğu kimi deyil, daha fərqli formada qeyd edir.
3. Edilən araşdırmalara görə,
profil səhifələrinə çoxlu sayda "selfi” yükləyən kişilərdə psixopat və narsist
psixoloji pozuqluğunun olma ehtimalı yüksəkdir.
4. Dinlədiyiniz musiqi dünyanı
başa düşmək fikirlərinizə təsir edir.
5. "Sevmək” ilə "Obsesif-kompulsif
(nəyəsə həddən artıq diqqət yetirmək) xəstəliyi” bədəndə eyni kimyəvi təsiri
yaradır.
6. Araşdırmalara görə, pulu nəyəsə
sahib olmaq üçün deyil, "təcrübə əldə etmək” üçün xərcləmək insanı daha xoşbəxt
edir.
7. Son araşdırmalara görə, fobilər
DNT vasitəsilə keçən xatirələrdən irəli gəlir.
8. Edilən araşdırmalara görə "internet
trolu” adı verilən şəxslərdə psixi, nasistlik və sadistlik sindromları
mövcuddur. Qeyd edək ki, bu insanlar internetdə digər insanların əsəblərinə mənfi təsir
edən şəxslərdir.
9. Televiziyaların həyatımıza girməsi
bəzi insanlarda "Truman sindromu”nun ortaya çıxmasına səbəb olub. Belə ki, belə
şəxslər gizli şəkildə kameraya çəkilib televiziyada göstərildiklərini zənn
edirlər.
10. Bir musiqinin ən sevdiyiniz musiqi olmasının səbəbi
həyatınızda onunla bağlı xatirənin olması ilə əlaqələndirilməsi ola bilər.
11. "Paris sindromu” xüsusilə
yaponların əziyyət çəkdiyi problemdir. Belə ki, bu sindromdan əziyyət çəkən şəxslər
Paris haqda çox yüksək fikirlərə sahib olurlar və qarşılaşdıqları mənzərə gözlədikləri
kimi olmadıqda depressiyaya düşürlər.
12. "Qüds sindromu” daha çox Qüdsü
ziyarət edən adamlarda rast gəlinir. Belə ki, bəzi insanlar bu yeri ziyarət
etdikdən sonra özlərini peyğəmbərlərə oxşatmağa və belə olduqlarını iddia etməyə
başlayırlar.
13. Doğuşdan gözdən əlil olan şəxslərdə
şizofreniya xəstəliyinə rast gəlinmir!
14. Texnologiya ilə əlaqəli başqa fobiya
"Nomofobil” adlanır. Bu fobiyadan telefonunu itirməkdən qorxan, bağlantının kəsiləcəyindən
qorxan şəxslər əziyyət çəkir.
15. Birini 20 saniyədən çox qucaqladığınızda
onda sizə qarşı güvən yarana bilər. Bunun səbəbi oksitonin hormonu ilə əlaqəlidir.
16. İnsanlar fiziki cəhətdən yorğun
olduqda daha səmimi olurlar, ona görə də gecə saatlarında edilən danışıqlarda
daha çox etiraf olunur.
17. Sevdiyiniz birini gördükdə göz
bəbəkləriniz böyüyür, bu reaksiya nifrət etdiyiniz adamlarda da eyni reaksiyaya
səbəb olur.
18. Hədəflərinizi heç kimlə
paylaşmayın! Çünki aparılan araşdırmalar göstərir ki, hədəflərinizi başqaları
ilə paylaşanda onları gerçəkləşdirmə ehtimalınız düşür.
19. Hazırki dövrdə araşdırmaçılar
internetdən asılılığın ağıl xəstəliyi olub-olmayacağı haqda araşdırmalar
aparır.
20. Bütün
coğrafi regionlarda insanlar 6 ümumi üz ifadəsi(mimikadan ) istifadə edirlər: sevinc,
nifrət, kədər, qorxu, təəccüb, iyrənmə
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
Huawei Pura 70 və Pura 70 Pro təqdim olunublar - QİYMƏTİ
Telegram-ın yaradıcısı Pavel Durov geniş müsahibə verib (VİDEO)