Forbes nəşriyyatı ənənəvi olaraq hər il ən çox gəlir əldə etmiş aktyorların siyahısını dərc edir. 2015-ci ilin siyahısında növbəti dəfə aktyor Robert Downer Jr. 80 milyon dollarlıq gəlir ilə birinci yeri tutub. Bu məbləğin böyük hissəsini aktyor "Avengers: Age of Ultron" filmindəki roluna görə qazanıb. Qeyd edək ki, Robert artıq 3-cü dəfədir ki, Forbes-un siyahısında birinci yerdə qərarlaşır. İkinci yeri 50 milyon dollarlıq gəlir ilə Jackie Chan tutub. "Dragon Blade" filminin uğurlu olması aktyor üçün düşərli olub. Tək Çində film 120 milyon dollara yaxın gəlir gətirib. Üçüncü yerdə isə 47 milyon dollar gəlir ilə Vin Diesel qərarlaşıb. Onun yüksək gəliri "Fast & Furious 7" filminin uğurlu olması ilə bağlıdır. İlk onluqda olan digər aktyorların adlarını sizlərə təqdim edirik.
4. Bradley Cooper - 41.5 milyon dollar
5. Adam Sandler - 41 milyon dollar
6. Tom Cruise - 40 milyon dollar
7. Amitabh Bachchan və Salman Khan - 33.5 milyon dollar
8. Akshay Kumar - 32.5 milyon dollar
9. Mark Wahlberg - 32 milyon dollar
10. Dwayne Johnson - 31.5 milyon dollar
Şərh yoxdur