main-post-cover

    2015-ci ilin vacib kosmik hadisələri

    Digər
    07.05.2017
    Farid Pardashunas
    2015-ci ildə bir çox vacib kosmik hadisələr baş verdi. Robotlaşdırılmış kosmik stansiyalar Günəş sistemini müşahidə etdiyi bir vaxtda teleskoplar müxtəlif ekzoplanetlər kəşf etdi. Lakin buna baxmayaraq uğursuzluqlar da oldu. 2015-ci ildə elmdə və mətbuatda böyük səs səda doğurmuş kosmik hadisələri sizlər ilə bölüşürük. Kosmosun müşahidəsi bahalı və bir o qədər də təhlükəli məşğuliyyətdir. Buna baxmayaraq biz insanlar bu məşğuliyyətdən əl çəkmirik.
     
    LDSD (Low Density Supersonic Decelerator) adlı "uçan boşqab"-ın işə salınması. Bu aparat Mars-da ağır yüklərin enişini təmin edəcək tormoz sistemidir. Xarici görünüşcə isə o uçan boşqaba oxşayır. Gələcəkdə bu aparat Mars-ın öyrənilməsində mühüm element ola bilər. Aparatın ilk təcrübəsi 8 iyun tarixində baş tutmuşdur. Növbəti təcrübələr isə 2016-cı ilə planlaşdırılır. 
     
     
    KIC-8462852 ulduzunda baş vermiş anomal hadisələr. Bu ilin sentyabr ayında astronomlar Cygnus qurşağında yerləşən KIC-8462852 ulduzunda baş vermiş anomal hadisələri müşahidə etmişdilər. Bir çoxları bu anomal hadisələri digər sivilizasiyalar ilə əlaqələndirirdilər. Lakin daha dərin araşdırmadan sonra hadisənin bizə yad olan sivilizasiya ilə heç bir əlaqəsinin olmadığı aydın oldu. Çox güman ki, həmin anomal hadisələr kometalardan ibarət buludların təsiri nəticəsində yaranmışdır. 
     
     
    Dawn kosmik stansiyası Mars ilə Yupiter arasındakı asteroid qurşağında yerləşən yeganə cırtdan planet Serera-ya çatmışdır. Kosmik stansiya Serera-nın səthində 130-a yaxın parıldayan izlər aşkarlamışdır. Bir sıra fikirlərə görə həmin izlər əslində böyük ölçülü duzlardır. 
     
     
    Bu il BKS (Beynəlxalq Kosmik Stansiya) üçün nəzərdə tutulmuş bir sıra yük gəmisi qəzaya uğradı. Hələ 2014-cü ilin oktyabr ayında Antares-130 raketi qəzaya uğramışdır. Aprel ayında nəqliyyat gəmisi Proqres M-27M atmosferdə yandı. İyun ayında isə yük gəmisi SpaceX CRS-7 startdan 2 dəqiqə sonra partladı.
     
     
    Kosmik turizm üzrə fəaliyyət göstərən Blue Origin şirkəti 23 noyabr tarixində öz kosmik gəmisi "New Shepard"-ı uçuş sınağından keçirtdi. Texas ştatında keçirilən sınaq zamanı kosmik gəmi 100 km hündürlüyə qalxandan sonra təhlükəsiz şəkildə yerə enib.
     
     
    Bu il BKS-də uzunmüddətli missiyaya start verildi. Həmin missiya çərçivəsində kosmosda 342 gün qalacaq astronomların psixoloji vəziyyətləri müşahidə olunacaq. Missiyanın məqsədi isə Mars-a və digər uzaq planetlərə səyahətlərin astronomlara necə təsir göstərəcəyinin müəyyən edilməsidir. Təcrübədə iştirak etmək üçün razılıqlarını astronavt Scott Kelly və kosmonavt Mixail Kornienko veriblər. Kosmosda ən çox vaxt keçirtmək üzrə dünya rekordu isə hələki Valeriy Polyakov-a məxsusdur (437 sutka).
     
     
    Noyabr ayında astronomlar Günəş sisteminin hələki ən uzaqda hesab edilən obyekti V774104-ü kəşf ediblər. V774104 Yer kürəsindən fərqli olaraq Günəş-dən 103 dəfə, Pluton-dan isə 3 dəfə daha uzaqda yerləşir. Yeni obyekt Mauna-Kea dağında yerləşən "Subaru" yapon teleskopunun vasitəsilə kəşf edilmişdir. 
     
     
    2015-ci ildə kəşf edilmiş bir çox ekzoplanet bizim kainat haqqında fikirlərimizi tamamilə dəyişdi. Kəşf edilmiş ekzoplanetlərin sayı 2026 oldu. Həmin say getdikcə artmaqdadır. Bu ekzoplanetlərin siyahısına Kepler 452b və 39 işıq ili uzaqlığında yerləşərək Yer kürəsinə bənzəyən GJ 1132b də daxildir. 
     
     
    "Cassini-Huygens" kosmik aparatı Saturn ətrafında uçuşunu davam etdirdi. 28 oktyabr tarixində aparat Saturn-un peyki Enselad-ın cənub qütbünün yaxınlığından uçmuşdur. Bu zaman Cassini Enselad-ın səthindəki qeyzerlər tərəfindən kosmosa atılan buz nümunələrini əldə edib. Müşahidə zamanı məlum olub ki, Enselad da Yupiter-in peyki Avropa kimi buzlaqların altında okeanlara sahibdir. 
     
     
    14 iyul tarixində "New Horizons" kosmik stansiyası Pluton-a çatdı. Yer kürəsindən Pluton-a çatmaq üçün ona 9 il vaxt lazım oldu. Pluton-un orbitində 9 günlük uçuş müddətində aparat 50Gb məlumat toplamışdır. Həmin məlumatlar 2017-ci ilin sonunadək Yer kürəsinə ötürüləcək.
     

    Linki kopyala