Reklam
Bu Samsung Edge Smartwatch konsepti gözləmədiyiniz qədər gözəldir

Bu Samsung Edge Smartwatch konsepti gözləmədiyiniz qədər gözəldir

Texnologiya
08.05.2017 PAYLAŞIM
TECHNOTE @technote TECHNOTE logo icon

Samsungun Galaxy S6 Edge və Note Edge smartfonları çox gözəl dizaynlara malik telefonlardır, bunu hamı bilir. Ancaq bir çox adamın düşündüyü şey isə Samsung`un belə dizaynını öz smartwatchlarına (ağıllı saat) gətirib gətirməyəcəyi idi.


Ancaq təəssüf ki, Samsungun dediyinə görə Avqustun 13-də gerçəkləşəcək və Samsungun öz yeni Galaxy Note 5, S6 Edge+ kimi telefonlarını tanıdacağı Unpacked tədbirində tanıdacağı saat, Galaxy Gear A, Moto 360 və Lg G Watch Urbane kimi dairəvi gövdəli bir dizayna malikdir.



Buna baxmayaraq, Samungun gələcəkdə belə bir saat düzəltməyəcəyini də heç kim demir. Ona qədər biz, ancaq Maform dizayn studyasında işləyən Kovacs Apor adlı şəxsin düzəldiyi bu konsept dizaynlara baxa bilərik:

 


Kovacs`ın düzəltdiyi bu saatın gövdəsindəki ekranın Edge smartfonlarındakı kimi yanları əyridir. Bu saata gözəllik qatmaqla qalmır, həmçinin istifadə üçün daha geniş bir ekran sahəsi təmin edir. Həmçinin bu gövdə qoldakı qolbağa xüsusi maqnit mexanizmi ilə bağlanır və asanlıqla çıxa bilir. Bunun sayəsində istifadəçi istənilən vaxtda saatın gövdəsini yeni və başqa dizaynlı qolbaqlara, yaxud aksessuarlara taxa bilər.

 

 






Bəs siz bu dizayn haqqında nə düşünürsünüz? Sizcə Samsung belə bir saat düzəltsəydi uğur qazana bilərdimi?


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Belə oyun görməmisiniz

Bütün oyun dünyasında FPS janrındakı oyunların böyük populyarlığa malik olduğunu çoxumuz bilir..


Android BlackBerry?

Bütün dünyadakı telefon bazarının cəmi 1%-ni daşıyan və son illərdə də geriləməyə davam ed..


Samsung holoqrafik ekran düzəldir?

USPTO (ABŞ Patentləşdirmə və Müəllif Hüquqları ofisi) bir çox şirkətin yeni texnologiya..


Komputerdəki reklam viruslarını silmək üçün ən yaxşı 4 proqram

    Çoxumuzun başına gəlib, internetdən hansısa səbəbə görə hansısa bir proqr..

×