

Samsungun Galaxy S6 Edge və Note Edge smartfonları çox gözəl dizaynlara malik telefonlardır, bunu hamı bilir. Ancaq bir çox adamın düşündüyü şey isə Samsung`un belə dizaynını öz smartwatchlarına (ağıllı saat) gətirib gətirməyəcəyi idi.
Ancaq təəssüf ki, Samsungun dediyinə görə Avqustun 13-də gerçəkləşəcək və Samsungun öz yeni Galaxy Note 5, S6 Edge+ kimi telefonlarını tanıdacağı Unpacked tədbirində tanıdacağı saat, Galaxy Gear A, Moto 360 və Lg G Watch Urbane kimi dairəvi gövdəli bir dizayna malikdir.
Galaxy S6 haqqında hər şey!
Buna baxmayaraq, Samungun gələcəkdə belə bir saat düzəltməyəcəyini də heç kim demir. Ona qədər biz, ancaq Maform dizayn studyasında işləyən Kovacs Apor adlı şəxsin düzəldiyi bu konsept dizaynlara baxa bilərik:
Kovacs`ın düzəltdiyi bu saatın gövdəsindəki ekranın Edge smartfonlarındakı kimi yanları əyridir. Bu saata gözəllik qatmaqla qalmır, həmçinin istifadə üçün daha geniş bir ekran sahəsi təmin edir. Həmçinin bu gövdə qoldakı qolbağa xüsusi maqnit mexanizmi ilə bağlanır və asanlıqla çıxa bilir. Bunun sayəsində istifadəçi istənilən vaxtda saatın gövdəsini yeni və başqa dizaynlı qolbaqlara, yaxud aksessuarlara taxa bilər.
Bəs siz bu dizayn haqqında nə düşünürsünüz? Sizcə Samsung belə bir saat düzəltsəydi uğur qazana bilərdimi?
Şərh yoxdur