main-post-cover

    Pirat Windows-un ən əsas 2 zərəri.

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas
     
    Windows dünyadaki bütün kompüterlərin 87.75%-də istifadə olunan, hər gün yüzlərlə insanın optimal vəziyyətə gətirməyə çalışdığı milyon dollarlara başa gələn əməliyyat sistemidir. Dünyada qiyməti ən yaxşı halda 100 dollardan az olmayan bu əməliyyat sistemini necə pulsuz əldə etdiyiniz haqda düşünmüsünüzmü? Əgər cavabınız xeyrdirsə və ya "mən camaatın pulla aldığı proqramı pulsuz əldə etmişəm” deyirsinizsə yaxşı, 1-0 sizin xeyrinizə. Amma unutmayın əməliyyat sistemi sizin kompüterinizdə olduğu müddət ərzində oyun davam edəcək və əgər hələ də pirat windows istifadəçisisinizsə yazının ardını oxumağınızı məsləhət görürük.

    1.Bitcoin miner-lər
    Bitcoin internet üzərində istifadə olunan azad pul vahididir hansı ki, yalnızca Bitcoin miner və ya digər adı ilə Bitminer adlı proqram vasitəsi ilə bir və ya bir neçə kompüter üzərində hazırlana bilir. Bitcoin hazırlamaq üçün Bitminer proqramı kompüterin bütün gücündən istifadə edir. Lakin günün sonun da ortabab bir kompüterdən əldə olunan bitcoin miqdarı birdən çox olmur. Bu səbəbdən daha çox bitcoin almaq istəyən bitminerlər (bu işlə məşğul olanlara verilən ad) fərqli yollara üz tuturlar. Məsələn pirat Windows-un içinə Bitminer gizlətmək. Əslində Bitcoin hər-kəsin rahat istifadə edə biləcəyi sadə və tamamilə leqal bir sistemdir. Onu hətta Windows Market-dən belə endirmək mümkündür. Lakin hər yerdə olduğu kimi burada da yalnızca öz mənafeyini güdən insanlar problem yaradır. Windows-un açar sistemini sındırıb onu digərləri üçün pulsuz hala gətirən və bunu sadəcə insanlara "kömək” etmək məqsədi ilə edən şəxslər arada sizin üçün kiçik bir "hədiyyə” gizlətməyi də unutmurlar. Əlbəttə bunu hər pirat Windows-da görə bilməzsiniz ümumiyyətlə əgər məlumatınız azdırsa heç xəbərinizdə olmaz. O zaman belə bir sual yaranır: "Bəs bunun mənə nə təsiri var?”. Bitminer-in sizə təsiri ayın sonunda elektrik qəbzinin üstündəki "ödəniləcək məbləğ” hissəsində özünü biruzə verir. Siz gündəlik təxminən 3-4 saatınızı kompüter qarşısında keçirib internetdə gəzərkən kompüteriniz buna 20-30% güc sərf edirsə, Bitminer işlək vəziyyətdə olarkən bu göstərici daim 90%-in üzərində olur. Və bu da öz növbəsində enerji sərfiyyatına birbaşa təsir edir. Üstəlik bu proses zamanı əsas güc 300 dollara aldığınız həmin o ekran kartınızın üzərinə düşür. Hə, indi hesab dəyişdi: 1-1 bərabər və oyun davam edir.
    2. KMSPico
    KMSPico pirat Windows istifadəçilərinin çox yaxşı tanıdıqları Windows açar sındırma sistemidir. Bu sistemin tək işi Windows-u aktiv etməkdir. Bəs o bunu necə edir? KMSPico ilk öncə Windows Defender və Smart Screen adlı müdafiə proqramlarını deaktiv edir və müəyyən proseslər nəticəsində Windows-un aktiv edildiyini göstərir. Lakin əslində Windows aktiv edilmir sadəcə KMSpico mütəmadi lisenziya vaxtını uzadır. Bu proses daim davam etməsi öz növbəsində müəyyən problemlər yaradır. Hər ötən gün təkrarlanan bu əməliyyatlar kompüterinizdə sonsuz kod yığınına çevrilir və bu da bir başa əməliyyat sisteminə mənfi təsir edir. Sistem Windows Defender və Smart Screen-i deaktiv etdiyi üçün şəxsi fayllarınıza da problemsiz şəkildə əlaqə qura bilir.
    Hesab yenə dəyişdi: 2-1 məğlub tərəf sizsiniz. Amma pirat Windows hələ də sizin kompüterinizdədir və oyun hələ də davam edir. Unutmayın həm Bitcoin miner-lər həm də KMSPico pirat Windows-un kompüterinizə dəvət etdiyi sizə zərər verə bilən proqramlardan bir neçəsidir. Pirat Windows istifadə edərək önə keçmək əvəzinə oyunu uduza bilərsiniz. Əgər məğlub tərəf olmaq istəmirsinizsə original Windows alın. Bir dəfə alın və həmişəlik bu risklərdən və problemlərdən azad olun. Hesabıda unudun qalib tərəf həmişə siz olacaqsınız.
     
    Aynar Məmmədzadə
     
    Linki kopyala