main-post-cover

    Clash of Clans\'dan rəsmi yenilənmə məlumatı: Village Guard #2

    Digər
    Oyun və Film
    07.05.2017
    Farid Pardashunas

    Keçən yazımızda, biz sizə qalxanların birinci hissəsi haqqında məlumat vermişdik. Bu gün isə bu barədə ikinci məlaumat gəldi. Developerlərin məqsədi bu yeniliklərlə oyunçuların vaxtını daha səmərəli keçirməsini, binaları içəri qoymasını, hücum və müdafiəyə olan marağın daha da artırılmasını təmin etməkdir. Artıq oyunçular rahat şəkildə hücum edib qoruna biləcək. Bu yeniliklərə baxanda oyun optimallaşır. Bununla yanaşı, insanların oyunda qalma müddətlərinə dair də dəyişikliklər olacaq. Bəs bunlar nədir? Cavabını biz sizə açıqlayırıq. Elə isə başlayaq...

                        
    Clash of Clans'dan rəsmi yenilənmə məlumatı: Village Guard #2
    Village Guard - Online Zaman Dəstəkçisi

    Village Guard oyunun yeni müdafiə sistemidir. Bu sistem sizin hazırda mövcud olan qalxanınızın müddəti bitdikdən sonra işə düşür:

    • Village Guard aktiv olduğu müddətdə siz oyunu birdən bağlasanız və ya internet əlaqəsi kəsilsə, sizin ərazinizi hücumlardan qoruyur.
    • Oyunçular Village Guard sistemi aktiv olduğu müddətdə hücum edə bilər. Buna qarşılıq zamandan azalma olmayacaq.
    • Ödənişsiz Village Guard vaxtı olduğunuz liqadan asılı olaraq qalxanınız bitdikdən sonra 15 dəqiqədən 3 saata qədər aktivləşərək ərazinizi qoruyur
    • Hər gün marketdən 10 gems ödəyərək 2 saatlıq Village Guard qalxanı ala bilərsiniz. Növbəti qalxanı isə bundan 24 saat sonra ala bilərsiniz.
    • Aktiv Village Guard sistemini istənilən an dekativ edə bilərsiniz.
    • Marketdən normal qalxan aldıqda isə aktiv olan Village Guard qalxanını deaktiv edir.
     
             
    Clash of Clans'dan rəsmi yenilənmə məlumatı: Village Guard #2
     
    Bəs bu Village Guard nə deməkdir axı? Məqsədi nədir? Düşünün ki, sizin ərazinizin qalxanı 5 dəqiqədən sonra bitir. Siz isə oyuna yalnız 15 dəqiqə sonra daxil ola bilərsiniz. Əlbəttə düşünəcəksiniz ki, siz oyuna daxil olana qədər sizin ərazinizə hücum edəcəklər. Artıq bu sistemlə bu belə olmayacaq. Yeni sistemlə sizin qalxanınızın müddəti bitdikdən sonrakı 15 dəqiqə ərzində sizin əraziniz qorunacaq və sizi gözləyəcək. Yəni sizin ərazinizə heç bir hücum olmayacaq. Siz oyuna daxil olub ya qalxan ala bilərsiniz, ya da oyuna davam edə bilərsiniz. Qalxan bitdikdən sonra verilən əlavə zaman isə liqalardan asılı olaraq 15 dəqiqədən 3 saata kimi dəyişir. Yəni nə qədər yüksək liqada olsanız, qalxanınız bitdikdən sonra əraziniz bir o qədər qorunacaq. Bundan başqa Village Guard aktiv olduğu müddətdə hücum etməkdən çəkinməyin. Bu sistem aktiv olduğu zaman istədiyiniz kimi hücum edib, oyundan çıxıb, bir müddət sonra dönə bilərsiniz. Sistem aktiv olduğu üçün heç bir hücum olamayacaq. Bu daha çox yüksək liqalarda qara eliksir yığanların işinə yarayacaq. Beləcə, siz hücum edib oyundan çıxdıqdan sonra qazandıqlarınızı itirmək qorxusu yaşamayacaqsınız. Village Guard sistemini həm də marketdən alaraq da aktivləşdirə bilərsiniz. Gündəlik 10 gems ödəyərək 2 saatlıq qoruma əldə edə bilərsiniz. Bu sistemi aktivləşdirdikdən sonra 2 saat ərzində siz oyundan çıxsanız belə ərazinizə hücum olunmayacaq. Bu zaman ərzində istədiyiniz qədər hücum edib, oyundan çıxa bilərsiniz. Əraziniz daim qorunacaq. Yəni daha çox qənimət yığanların işinə yarayacaq bu sistem sayəsində istədiyiniz kimi ərazinizi inkişaf etdirə bilərsiniz. Qeyd edək ki, əgər marketdən normal qalxan alsanız, o zaman Village Guard deaktiv olunacaq. Bu sistemi siz özünüz də istədiyiniz zaman deaktiv edə bilərsiniz. Əgər kubok yığırsınızsa, o zaman bu sistemi deaktiv edərək hücum gözləyə bilərsiniz. Qeyd edək ki, bu sistemin mövcudluğu Çempion I liqasından başlayır. Yəni bu sistem Çempion I və daha yüksək liqalardakı oyunçular üçün keçərli olacaq.

    Bu yeniliklərlə yanaşı "Fasilə" sistemində də dəyişiklik olacaq. Bilirsiniz ki, oyunda müəyyən müddətdən sonra oyun sizə oyundan çıxmağı və bir az sonra daxil olmağı məsləhət görür. Bunu isə developerlər əsaslandıraraq deyirlər ki, həmişə online qalıb hücum etməklə öz şansından istifadə edirsən, bəzi zamanlarda isə digər oyunçular şanslarında istifadə edib sənin ərazinə hücum etməlidirlər.
     
                                          
    Clash of Clans'dan rəsmi yenilənmə məlumatı: Village Guard #2
    Qalxanlar kimi oyunda fasilə vermək üçün də müəyyən dəyişikliklər olunub. Bununla da hücum və müdafiə sistemi balanslaşdırılır:

    • Artıq oyunda 3 saat ərzində dayanmadan online olan oyunçu 6 dəqiqəlik qalxansız və ya Village Guard müddəti olmaqla məcburi fasilə verməli olacaq.
    • Bu Fasilə ilə bağlı qoyulan 3 saatlıq limit yalnız siz qalxan aldığınız təqdirdə sıfırlanacaq.
    • Marketdən 2 saatlıq Village Guard qalxanı aldıqda isə Fasilə limiti 3 saatdan 2 saata enəcək.
    • 3 saatlıq Fasilə rejimi server tənzimləmələri olduğu müddətdə dayandırılacaq, amma sıfırlanmayacaq.
     

    İndi isə gəlin Village Guard sistemi ilə normal qalxan arasındakı fərqləri izah edək:
    Clash of Clans'dan rəsmi yenilənmə məlumatı: Village Guard #2

    Village Guard
    Clash of Clans'dan rəsmi yenilənmə məlumatı: Village Guard #2

    Shield
    Müddəti: 15 dəqiqə - 3 saatMüddəti: 12 saat - 7 gün
    Qalxan itmədən hücum edə bilmək xüsusiyyətiHücum etdikdə qalxan itir
    Qalxan müddəti bitdikdən sonra avtomatik aktivləşirYalnız hücum aldığınızda aktivləşir
    Ödənişsiz Village Guard müddəti liqalara görə dəyişirÖdənişsiz qalxan müddəti bütün oyunçular üçün eynidir
    Əlavə vaxt üçün marketdən 10 gems qarşılığında alınırƏlavə vaxt üçün marketdən 100+ gems qarşılığında alınır
    Yalnız qalxanınız bitdiyi təqdirdə alınırİstənilən vaxt almaq mümkündür
    Qalxan olduğu təqdirə Fasilə müddəti azalırQalxan Fasilə müddətinə təsir etmir

    Bunu yadınızda saxlayın ki, aktiv Village Guard olduğu müddətdə HƏMİŞƏ fasilə müddəti azalacaq. Yəni oyunda 3 saatdan sonra deyil, 2 saatdan sonra məcburi çıxarılacaqsınız.
     
    Village Guard qalxanını almağın iki yolu vardır:
    1) Qalxan müddəti bitərsə...
                    
    Clash of Clans'dan rəsmi yenilənmə məlumatı: Village Guard #2
    Qalxan müddəti bitdikdə və biz oyuna daxil olmadıqda həmişə görürük ki, ərazimizə hücum olunub. Ya qənimətimizi itirib qalxan almışıq, ya da binamızı yıxıb qalxan alıblar. Oynamaq istədikdə isə qalxana görə hücum etməmişik. Yeni sistem isə artıq oyuna geciksəniz ərazinizi qoruyaraq sizi oyuna həvəsləndirəcəl. Qalxanın verildiyi müddət isə liqalara görə dəyişir:

    • Champion I League oyunçuları qalxanlarının müddəti bitdikdən sonra 15 dəqiqəlik ödənişsiz Village Guard qalxanı alacaq.
    • Titan III League oyunçuları 1 saatlıq ödənişsiz Village Guard qalxanı alacaq.
    • Titan II League oyunçuları 2 saatlıq ödənişsiz Village Guard qalxanı alacaq.
    • Titan I və Legend League oyunçuları 3 saatlıq ödənişsiz Village Guard qalxanı alacaq.
     
    2) Zəif hücum oldunuğu təqdirdə....
                                                   
    Clash of Clans'dan rəsmi yenilənmə məlumatı: Village Guard #2
    Digər sistem isə sizə qarşı zəif hücum olunduğu təqdirdə bu sistem aktivləşir. Bildiyimiz kimi 30% ərazini dağıtmaq sizə normal qalxan verəcək. Əgər hücum edən buna nail olmasa sizə 15 dəqiqəlik əlavə müddət veriləcək. Bu müddət ərzindən ərazinizdəki müdafiələri yeniləyə bilərsiniz. Yəni, bombalar, cəhənnəm qalaları, x-yaylar və s.
     

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər