main-post-cover

    Whatsapp\'da mövcud olan 6 əsas funksiya!

    Sosial Media
    07.05.2017
    Farid Pardashunas
    Hazırda Whatsapp'da bir çox xüsusiyyət vardır. Mesajlaşma proqramının hər yeniləməsində isə yeni bir özəllik təqdim olunur və bunların bir çoxundan istifadəçilərin xəbəri olmur. Amma bu yeniliklər sizin işinizə yaraya biləcək növdəndir.
    Son vaxtlar ağıllı telefonların bazara çıxması ilə internet istifadəçilərinin sayı kəskin artdı. Hər kəs bir telefona sahib olmaqla istədiyi vaxt internetdən istifadə edə bilir. Bundan sonra artıq insanlar, xüsusilə də gənclər arasında əvvəllər geniş yayılmış SMS ünsiyyəti bitdi və yerini internet üzərindən işləyən mesajlaşma proqramlarına verdi. Bu proqramlardan biri olanWhatsapp çox böyük irəliləyişə nail oldu və hissələrinin Facebook tərəfindən alınmasından sonra daha da böyüdü. Hal hazırda bəzi iş yerlərinin, dövlət orqanlarının belə Whatsapp hesabı var. Bu qədər istifadə edilən proqrama isə davamlı olaraq yeniləmələr edilir. Amma istifadəçilərin çoxunun bu yeniliklərdən xəbəri olmur. Bu yazımızda sizə Whatsapp'da olan 6 əsas xüsusiyyəti izah edəcəyik.

     Mesajları "Ulduzlama"

    Whatsapp'da mövcud olan 6 əsas funksiya!


    Whatsapp'a ən son əlavə olunun xüsusiyyətlərdən biri sizə vacib olan mesajları "ulduzlayaraq" fərqləndirib, daha sonra lazım olduqda ona asanlıqla baxa bilməyinizdir. Bu xüsusiyyət sayəsində aylarla əvvəl sizə göndərilmiş və lazım olan mesajı rahat tapa bilərsiniz. 

     Google Drive ilə Söhbətlərin Nüsxəsini Çıxarmaq

    Whatsapp'da mövcud olan 6 əsas funksiya!


    Whatsapp söhbətlərinin nüsxələnməsini bağlamamısınızsa, bu funksiya ilə sizin söhbətləriniz bir Google Drive hesabına nüsxələnəcək. Bu həm telefonda əlavə yaddaş azalmasını, həm də mesajların daha təhlükəsiz qalmasına kömək edir. 

     Sadəcə Müəyyən Mesajları Silmək 

    Whatsapp'da mövcud olan 6 əsas funksiya!


    Whatsapp'ın bu özəlliyi sayəsində bir söhbətdə olan bütün mesajları silmədən, sadəcə müəyyən zaman ərzində olan mesajları silmək mümkündür.

     Mesajları Oxundu Və ya Oxunmadı Olaraq İşarələmə

    Whatsapp'da mövcud olan 6 əsas funksiya!


    Gizliliyinizi qorumaq və ya başqa zaman mesaja baxmağınıza kömək edəcək funksiyalardan biri də budur. Bunun vasitəsilə mesajı oxunmadı kimi işarələyib daha sonra mesaja qayıda bilərsiniz. 

     Şəxslər Və ya Qrup Söhbətləri Üçün Xüsusi Bildirimlər

    Whatsapp'da mövcud olan 6 əsas funksiya!


    Bu bildirimlər sayəsində siz səsdən və ya telefonun bildirim işığından mesajın kimdən gəldiyini asanlıqla bilə bilərsiniz. Hər bir şəxs və ya qrup üçün fərqli bildirim səsləri və işıqları istifadə edə bilərsiniz.

     Link Ön İzləmələri 

    Whatsapp'da mövcud olan 6 əsas funksiya!


    Ön izləmə funksiyası ilə Whatsapp'dan göndərdiyiniz hər hansı link formasında olan bir mesaj qarşı tərəfə üzərində olan bir ön izləmə fotosu və linki ilə çatdırılacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər