Yeni iPhone 6 və iPhone 6 Plus xələflərinə nisbətən daha böyük həcmli batareya ilə təchiz olunublar. Bu da o deməkdir ki, artıq istifadəçilər smartfonlarıyla həmişəkindən daha çox vaxt keçirə bilirlər. Amma bu yeniliyin bir də mənfi cəhəti var hansı ki, özünü batareya doldurularkən biruzə verir. Telefonların batareya həcmləri daha böyük olduğundan onların yenidən doldurulması da bir xeyli uzun çəkir. Bəs onda bu vaxt itkisinin önünə necə keçmək olar? Çox sadə üsulla. Sadəcə öz iPhone adapterinizi iPad adapteri ilə əvəzləyin. Beləliklə siz 1 amp adapteri 2.1 amp güclü digər adapterlə əvəz etmiş olursunuz. Nəticədə isə iPhone-unuzun batareyası həmişəkindən çox daha tez dolur.
Amma yadınızda saxlayın ki, belə olan halda telefonunuz həmişəkinə nisbətdə çox qızacaq və bu qızma zamanla batareyaya mənfi təsir edə bilər. Xüsusilə telefonu axşam enerji mənbəyinə taxıb səhər götürənlərdənsinizsə bu üsulu sizə məsləhət görmürük. Əgər telefonunuz iPhone 6 seriyasından əvvəlki modellərdirsə o zaman bu üsuldan istifadə etməyin. Bu modellərin usb portu 1 amperdən çox enerji qəbul etmək üçün hazırlanmadığı üçün telefonunuza ciddi ziyan vura bilər.
Şərh yoxdur