main-post-cover

    Ucuz iPhone qoruyucusu balaca qızın bədənində kimyəvi yanıqlara səbəb oldu.

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas
    Sırf görünüm niyyətilə ucuz qoruyculardan istifadə edənlərin başına gələn bəlalara bir də əlavə olundu.
    iPhone-a qoruyucu örtük almaq istəyən zaman bazarda müxtəlif təkliflərlə qarşılaşırıq. Bəzi qoruyucu örtüklər 45-50 manat bəziləri isə 3-4 manat olur. Əgər bunların arasında heç bir fərq yoxdur deyib ucuz olanı alırsınızsa bu xəbərimizi diqqətli oxuyun. Əvvəllər sizə ucuz qoruyucların telefonun üzərinə rəngi çıxdığı haqqında məlumat vermişdik. Bu dəfə isə vəziyyət fərqlidir. İngiltərədə yaşayan 9 yaşındakı Olivia Retterin 5 pounda aldığı plastik qoruyucu onun ayağında toksitlənməklə bağlı kimyəvi yanıqlar əmələ gətirib. Üstəlik bu yanıq izləri elə də asan keçən deyil. Hətta bu balaca qız yanıq izlərin ömürü boyu daşıya bilər. Qızın anası hadisənin şokun hələ də üzərindən ata bilmədiyin qeyd edərək bu tip qoruyucu örtüklərin bazardan yığışdırılmasını tələb edir. Mütəxəssislər isə bu tip yanıqalrın üz və əldə də əmələ gələ biləcəyin istisna etmirlər.

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər