main-post-cover

    Android N ilə bağlı yeni görüntülər yayımlanıb

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Bir neçə ay öncə elan olunan Android N haqqında ilk görüntülər gəldi.

    Bildiyiniz kimi Google şirkəti bir neçə ay öncə özünün İ/O tədbirində yeni əməliyyat sistemini rəsmi olaraq açıqlamışdı və bu sistemi Android N olaraq adlandırmışdı. Bundan sonra yeni əməliyyat sisteminin nələri özündə birləşdirəcəyi barədə söz söhbətlər gəzməyə başladı. Artıq əməliyyat sistemi barədə yeni xəbərlər gəlməyə başlayıb. Amma bu dəfə böyük xəbərlər gəlir...
     
    Ars Technica developeri Android N əməliyyat sisteminin görüntüləri və xüsusiyyətləri barədə məqalə yayımlayıb. Bu sistemi öz Nexus cihazında yoxlayan developer yeni əməliyyat sisteminin digərlərindən çox fərqləndiyini qeyd edib. Ən mühüm dəyişikliklərdən biri Multitasking funksiyasıdır. Artıq bundan sonra eyni ekranda 2 fərqli proqramı istifadə edə biləcəksiniz. Bu daha çox eyni anda birdən çox işi olanlara sərf edəcək. Bənzər funksiyanı Samsung TouchWiz ilə bizlərə təqdim etmişdi. Amma artıq bu funksiyanı digər cihazlarda da görə biləcəksiniz.

    Android N ilə bağlı yeni görüntülər yayımlanıb
    Android N ilə bağlı yeni görüntülər yayımlanıb
     
    Digər dəyişiklik isə Notification panel və Quick Toggle Panel ilə bağlıdır. Əvvəki yazılarımızda da qeyd etmişdik ki, Lollipop və Marshmallow'dan fərqli olaraq Android N sistemində bildirim panelinə özünüzə məxsus qısa yollar əlavə edə biləcəksiniz. Beləcə, istədiyiniz funksiyalara daha sürətli çatacaqsınız. Bundan əlavə yenilənən sistemdə artıq mesajlara birbaşa olaraq bildirim panelində cavab vermək mümkün olacaq. Beləliklə, siz həmin proqrama keçid etmədən sürətli şəkildə hərəkət edə biləcəksiniz.
     

     

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər