Android N ilə bağlı yeni görüntülər yayımlanıb

Android N ilə bağlı yeni görüntülər yayımlanıb

Texnologiya
08.05.2017 PAYLAŞIM
TECHNOTE @technote TECHNOTE logo icon

Bir neçə ay öncə elan olunan Android N haqqında ilk görüntülər gəldi.

Bildiyiniz kimi Google şirkəti bir neçə ay öncə özünün İ/O tədbirində yeni əməliyyat sistemini rəsmi olaraq açıqlamışdı və bu sistemi Android N olaraq adlandırmışdı. Bundan sonra yeni əməliyyat sisteminin nələri özündə birləşdirəcəyi barədə söz söhbətlər gəzməyə başladı. Artıq əməliyyat sistemi barədə yeni xəbərlər gəlməyə başlayıb. Amma bu dəfə böyük xəbərlər gəlir...
 
Ars Technica developeri Android N əməliyyat sisteminin görüntüləri və xüsusiyyətləri barədə məqalə yayımlayıb. Bu sistemi öz Nexus cihazında yoxlayan developer yeni əməliyyat sisteminin digərlərindən çox fərqləndiyini qeyd edib. Ən mühüm dəyişikliklərdən biri Multitasking funksiyasıdır. Artıq bundan sonra eyni ekranda 2 fərqli proqramı istifadə edə biləcəksiniz. Bu daha çox eyni anda birdən çox işi olanlara sərf edəcək. Bənzər funksiyanı Samsung TouchWiz ilə bizlərə təqdim etmişdi. Amma artıq bu funksiyanı digər cihazlarda da görə biləcəksiniz.

 
Digər dəyişiklik isə Notification panel və Quick Toggle Panel ilə bağlıdır. Əvvəki yazılarımızda da qeyd etmişdik ki, Lollipop və Marshmallow\'dan fərqli olaraq Android N sistemində bildirim panelinə özünüzə məxsus qısa yollar əlavə edə biləcəksiniz. Beləcə, istədiyiniz funksiyalara daha sürətli çatacaqsınız. Bundan əlavə yenilənən sistemdə artıq mesajlara birbaşa olaraq bildirim panelində cavab vermək mümkün olacaq. Beləliklə, siz həmin proqrama keçid etmədən sürətli şəkildə hərəkət edə biləcəksiniz.
 

 


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


YouTube-un mobil tətbiqetməsinə CANLI yayım etmə funksiyası gələcək.

Smartfonlarda artıq canlı yayım etmək dövrümüzdə dəb halını alıb. Periscope-un bu sahədə nə qə..


HTC, iki yeni smartfon istehsal edəcək.

Əvvəllər Google üçün Nexus 9 planşetini istehsal edən HTC, indi də yeni Nexus smartfonlarını is..


Ən bahalı 44 domen adı.

Sözün hər mənasında internet bizim gələcəyimizi inşa edir. Şirkətlər yarananda ilk əvvəl öz web..


Galaxy Note 7-nin EDGE olmayan versiyası SAMSUNG-un rəsmi saytında göründü...

Samsung-un Avqust ayında təqdim edəcəyi yeni Galaxy Note 7 üçün geriyə sayım başladı. İndiy..


PS4 Neo bu il satışa çıxarıla bilər

Sony-nin yeni 4K dəstəkli oyun konsolu olan PS4 Neo, E3 2016 tədbirində təqdim olunmasa da başqa mən..


Samsung Galaxy A9 Pro-nun beynəlxalq modeli tezliklə təqdim oluna bilər.

Samsung-un SM-A910F seriyalı Galaxy A9 Pro smartfonunun beynəlxalq model olduğu haqqında xəbə..

×