main-post-cover

    iPhone 7-nin maketi sızdı. Detallar ortaya çıxdı.

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Yeni nəsil iPhone 7 haqqında sızıntılar davam etməkdədir. Bu səfər iPhone 7'ə aid edilən yeni bir şəkil internetə sızdı.

     
    MacRumors'un Hollandiya şöbəsi iPhone 7'nin gümüş rəngli maketinə aid sızıntı paylaşıb. Paylaşılan şəkildə iPhone'un arxa hissəsində antena cizgilərinin olmadığı görünür. Bundan əlavə smart controller (ağıllı bağlantı) portu görünür.
     
     
    Keçən həftə isə Yapon blogu olan Mac Otakara ilk dəfə olaraq iPad Pro'da gördüyümüz Smart Controller'in yeni iPhone'da olmayacağını irəli sürmüşdü. Görünən odur ki, iki sızıntı biribirilərinə tərsdir. Şəkildəki maketdən aydın görünür ki, iPhone 7'də kamera gövdənin içində qalacaq və çıxıntı olmayacaq. Nowhereelse.fr'nin dünən yayımladığı məlumatda isə iPhone 7'nin dizaynı iPhone 6s'dan ciddi şəkildə fərqlənməyəcək. Şəkildə görünən maket də bu məlumatı təsdiqləyir. Amma nəticə olaraq bu sızıntıların hansının təqiq olduğunu söyləmək çətindir.
    Linki kopyala