
Nokia geri dönür!
Elm & Texnologiya
07.05.2017
Farid Pardashunas
Qısa zaman əvvəl aşağı səviyyə telefon bölməsini Foxconn'a satdığını elan edən Microsoft, xatırlayırsınızsa, üst səviyyə telefon bazarından Nokia adını çıxararaq yoluna Lumia adı ilə davam edir. Buna hamı məyus olmuşdu. Amma bu həsrət sonlanır və Nokia adı bazara qayıdır. Bir müddət əvvəl rəsmi açıqlama verən Nokia, Finlandiyadan qurulan HDM şirkətilə baş tutan strateji sazişlər və Microsoft'dan alınan hüquqlar çərçivəsində yaxın zamanda Nokia markaları telefon və planşetlərin satışa çıxacağını qeyd edir. Önümüzdəki 10 ili əhatələyən saziş çərçivəsində Android əməliyyat sistemli məhsulların olacağı vurğulanır, HMD şirkətinin üç il üçün Nokia markalı məhsullarının tanıtımı və inkişaf etdirilməsi üçün 500 milyon dollar investisiya qoyacağı da söylənilir.
Linki kopyala
Həftənin xəbərləri

