main-post-cover

    Sizə yaxşı xəbərimiz var: iPhone 7-də 16 GB yaddaş olmayacaq!

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas
     

    The Wall Street Journal-dan Joanna Stern, iPhone 7-də 16 GB-lıq daxili yaddaş seçiminin olmayacağını açıqladı.

    İllərdir iPhone istifadəçilərinin ürəyini üzən 16 GB-lıq daxili yaddaş seçimi iPhone 7 ilə birgə tarixə keçəcək. The Wall Street Journal-dan Joanna Stern, iPhone 7 modelinin yada hər hansı seriya ilə adlanacaq növbəti iPhone modelinin minumum yaddaş seçiminin 32 GB olacağını bildirib.

    Son zamanlar 16 GB-lıq daxili yaddaş iPhone-un axırıncı modelləri üçün heç də sərf edici deyildi. Çəkilən şəkillərin keyfiyyətli olması, 4K video çəkmək imkanı yaddaşın tez dolmasına səbəb olurdu. Hətta Cloud hesabları belə buna çarə olmurdu. Apple idarəedicilərindən olan Phil Schiller isə Cloud hesabnın bunun çarəsi olduğunu düşünürdü və qısa dildə desək iPhone 16GB-lıq mənasız yaddaş seçimi ilə istifadəçilərin əsəbini korlamaqla məşğul idi.



    Bu vaxta qədər istifadəçilərinə 16GB, 64GB və 128GB yaddaş seçimlərini təqdim edən Apple, 32 GB seçiminin olmadığı üçün bəzi istifadəçilərin məcburan 16Gb yaddaşa sahib iPhone modelini almasına səbəb olurdu.
     
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər