Reklam
Həftənin ən yaxşı Android oyunları

Həftənin ən yaxşı Android oyunları

Digər
08.05.2017 PAYLAŞIM
TECHNOTE @technote TECHNOTE logo icon

Mobil oyunları sevənlər üçün bu həftə də Android-ə çıxmış ən maraqlı oyunları seçdik. Həmin oyunları sizlərə təqdim edirik.

Micro Machines


Siyahımızdakı ilk oyun Micro Machines adlanır. Fotolardan da göründüyü kimi bu oyun avtomobil yarışları barəsindədir. Oyunda iki rejim (arena və sağ qalmaq uğrunda yarış) mövcuddur. İlk rejimdə oyunçular böyük olmayan yerdə rəqib avtomobillər ilə savaşmalı olacaqlar. İkinci rejim isə daha klassikdir. Belə ki, burada adi yarış yolları var. Təbii ki, silahlı münaqişələrsiz bu rejim keçinmir. Oyunda çoxlu miqdarda avtomobil, onlar üçün nəzərdə tutulmuş yenilənmələr, yarış yolları və multiplayer mövcuddur. Əgər siz nə vaxtsa mikro səviyyədə avtomobil yarışları həvəskarı olmusunuzsa onda Micro Machines-i gözdən keçirməlisiniz. Oyunu buradan yükləyə bilərsiniz.

Rebons

Növbəti oyunumuz Rebons adlanır. İlk baxışdan bu oyun tipik platformerə bənzəyir. Lakin oyun həqiqətən tipik platformer olsa idi biz onu siyahıya əlavə etməzdik. Oyunda sizdən tələb olunan, müxtəlif tələlərdən uğurla keçməkdir. Bizim idarə etdiyimiz obyekt isə kvadrat formalı obyektdir. Lakin oyunun əsas özəlliyi ondadır ki, bizim kvadrat obyektimiz digər formalara çevrilə bilər. Məsələn dairə, üçbucaq və ulduz. Bu cür obyekt formaları isə oyundakı səviyyələri keçmək üçündür. Məsələn əgər kvadrat obyekt yalnız düz istiqamətdə hərəkət edə bilirsə, dairə yerdən və divarlardan itələnmə xüsusiyyətinə sahibdir. Ulduz ilə tələləri və maneələri məhv etmək olar. Üçbucaq isə öz oxşarını yaradaraq daha çətin maneələrdən keçməyə imkan verir. Oyunu buradan yükləyə bilərsiniz.

Troll Face Quest Video Games

Siyahımızdakı son oyun olan Troll Face Quest Video Games artıq məşhurlanmış Troll Face Quest oyun seriyasının davamıdır. Bu yeni hissədə bizləri bir sıra tapşırıqlar gözləyir. İlk öncə digər oyunları trollamaq, daha sonra trendə uyğun olaraq pokemon ovlamaq. İstehsalçılar yeni oyunun daxilinə bir çox digər oyunları əlavə ediblər. Bunlara misal olaraq 2048, Angry Birds, Minecraft, Tanks, Cut the Rope və s.-i gətirmək olar. Oyunun öz konsepsiyası isə çox sadədir. Hər bir oyun səviyyəsi məntiqi tapmacaya bənzəyir. Həmin məntiqi tapmacanın cavabını isə oyunçu diqqətli olduğu halda çox tez tapacaqdır. Lakin açıq-aşkar qərar düz deyil. Əgər sən aldandınsa deməli səni trollayıblar. Oyun səviyyəsini uğurlu şəkildə keçmək üçün gizli qərarları axtarmaq lazımdır. Yalnız bu halda sizə trollar kralı adı veriləcək. Oyunu buradan yükləyə bilərsiniz.


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Azercell jurnalistləri Milli Mətbuatın 145-illiyi münasibətilə təbrik edir!..

Məlumatın, xəbərin son dərəcə əhəmiyyətli olduğu ən həssas zamanlarda məhz şücaətli jurnalistlər öz ..


ABŞ-da Google şirkəti məhkəməyə verildi: Səbəb nədir?

ABŞ-da Google şirkəti Android əməliyyat sistemi səbəbilə məhkəməyə verildi.


Alimlər tarixdə ilk dəfə yeni planetin yaranma prosesini müşahidə ediblər (VİDEO..

Hal hazırda olan aktual elmi nöqteyi nəzərdən kainatın yaranması Böyük Partlayış ilə başlayıb. Lakin..


Əsrin sonuna gözlənilən iqlim dəyişikliyi artıq bütün qitələrdə başlayıb..

Güman olunurdu ki, tropik və subtropik regionlarda təyin olunacaq isti və nəm iqlim şəraiti planetin..


Astronomlar Yer kürəsinə ən yaxın olan qara dəliyi aşkar ediblər

Avropa cənub rəsədxanasının (ESO) astronomlarının rəhbərliyi altında olan tədqiqat qrupu kosmik miqy..


'Pandemiya hal hazırki dünya iqtisadiyyatına son qoyacaq və onu tanınmaz hala sa..

İqtisadi böhranlar baş verən zaman onların nəticələri bir neçə ildən sonra heç gözlənilməz istiqamət..

×