Həftənin ən yaxşı Android oyunları

Həftənin ən yaxşı Android oyunları

Digər
08.05.2017 PAYLAŞIM
TECHNOTE @technote TECHNOTE logo icon

Sizin diqqətinizə bu həftə Google Play-də çıxmış maraqlı oyunların siyahısını təqdim edirik.

Jump Duet


İlk baxışdan bu oyun çox sadə və asan görünə bilər. Lakin bu belə deyil. Oyun səviyyələri sonsuz borular üzərində özü hərəkət edən və bizim idarəmiz altında olan xüsusi obyektdən ibarətdir. Yəni bizim, obyektin lazımi anda tullanma anını hesablamağımıza ehtiyac yoxdur. Burda çətinlik digər istiqamətdə cəmlənmişdir. Məsələ burasındadır ki, oyunda borular iki növə ayrılır. Dairəvi və altıbucaqlı borular. Həmdə onlar iki rəngdən ibarətdirlər. Göy və qırmızı. Bizim idarə etdiyimiz obeykt də öz forma və rəngini dəyişə bilir. Məhz bu xüsusiyyətlərin üzərində bütün oyun prosesi qurulmuşdur. Ekranın sol tərəfindəki düyməni klikləyən zaman obyekt öz formasını, sağ tərəfindəki düyməni klikləyən zaman isə rəngini dəyişir. İdarə etdiyimiz obyektin daha irəli tullanmağı üçün onun forma və rəngi qarşıdakı borunun forma və rəngi ilə üst-üstə düşməlidir. Bu asan görünə bilər. Lakin heçdə elə deyil. Həmçinin oyunda kristallar da yığmaq olur. Həmin kristallar nəticədə müxtəlif funksiyaların aktivləşməsi üçün istifadə oluna bilər. Oyunu burdan yükləyə bilərsiniz.

Draw the Line

Bu oyunu fizika üzərində qurulmuş tapmaca tərzli hesab etmək olar. Hər oyun səviyyəsində biz minimum iki obyektə sahib oluruq. Onlardan biri içərisindən kiçik şarların çıxdığı çubuq, digəri isə həmin şarların daxil olmaları üçün nəzərdə tutulmuş stəkandır. Lakin təbii ki, şarlar bizim köməkliyimiz olmadan stəkana daxil olmayacaqlar. Şarların stəkana daxil olması üçün istifadəçi ekranda həmin şarlara təsir edən müxtəlif formalı xətlər çəkməlidir. Beləliklə istifadəçi şarların hərəkət istiqamətini idarə edə biləcək. Bəli burdada hər şey sadə görünür. Lakin hər oyun səviyyəsini keçdikcə növbəti səviyyə daha da çətinləşir. Səviyyəni adi şəkildə keçmək üçün şarların stəkana daxil olmalarını təmin etmək lazımdır. Lakin ən yaxşı nəticəni əldə etmək üçün iki şərti yerinə yetirmək lazımdır. İlk öncə minimal sayda şarlar itirilməlidir və onların hərəkət trayektoriyalarını xüsusi nöqtələrdən keçirmək lazımdır. Fizika xüsusiyyətinə gəldikdə isə qeyd etmək lazımdır ki, şarlar xətlərə toxunan zaman özlərini çox realistik və təbii aparırlar. Hiss olunur ki, hər bir şarın öz çəkisi, elastikliyi və sürüşmə göstəriciləri var. Oyunu burdan yükləyə bilərsiniz.

Dan the Man

Fruit Ninja və Jetpack Joyride kimi oyunların yaradıcıları "Kill Them All” tərzində öz yeni oyunları olan Dan The Man-ı təqdim ediblər. Bu oyunda sizin rəqibləriniz qumbara qırıntıları kimi ətrafa səpələnəcəklər. Bəs siz əsl oldshcool döyüşə hazırsınızmı? Oyunda əsas məqsəd təhlükəyə düşmüş bir kəndi cinayətkarlardan xilas etməkdir. Adrenalinin dolu olduğu bu oyunda oyunçu 12 səviyyədən keçməli olacaq. Lakin 12 səviyyə ilə oyun bitmir. Döyüş rejimi, gündəlik yeni sınaqlar və yeni personajlar sizə hər dəfə yeni adrenalin səviyyəsini təqdim edəcək. Oyunu burdan yükləyə bilərsiniz.


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Azercell jurnalistləri Milli Mətbuatın 145-illiyi münasibətilə təbrik edir!..

Məlumatın, xəbərin son dərəcə əhəmiyyətli olduğu ən həssas zamanlarda məhz şücaətli jurnalistlər öz ..


ABŞ-da Google şirkəti məhkəməyə verildi: Səbəb nədir?

ABŞ-da Google şirkəti Android əməliyyat sistemi səbəbilə məhkəməyə verildi.


Alimlər tarixdə ilk dəfə yeni planetin yaranma prosesini müşahidə ediblər (VİDEO..

Hal hazırda olan aktual elmi nöqteyi nəzərdən kainatın yaranması Böyük Partlayış ilə başlayıb. Lakin..


Əsrin sonuna gözlənilən iqlim dəyişikliyi artıq bütün qitələrdə başlayıb..

Güman olunurdu ki, tropik və subtropik regionlarda təyin olunacaq isti və nəm iqlim şəraiti planetin..


Astronomlar Yer kürəsinə ən yaxın olan qara dəliyi aşkar ediblər

Avropa cənub rəsədxanasının (ESO) astronomlarının rəhbərliyi altında olan tədqiqat qrupu kosmik miqy..


'Pandemiya hal hazırki dünya iqtisadiyyatına son qoyacaq və onu tanınmaz hala sa..

İqtisadi böhranlar baş verən zaman onların nəticələri bir neçə ildən sonra heç gözlənilməz istiqamət..

×