Həftənin ən yaxşı iOS oyunları (30 Oktyabr)

Həftənin ən yaxşı iOS oyunları (30 Oktyabr)

Digər
08.05.2017 PAYLAŞIM
TECHNOTE @technote TECHNOTE logo icon

iOS platformasına çıxmış ən yaxşı mobil oyunları sizlərə təqdim edirik.

Number Rumble: Brain Battle


App Store-da mütəmadi olaraq intellektual düşüncəni tələb edən bir sıra yarışma tərzli oyunlar ortaya çıxır. Bu cür oyunlar çox maraqlı olur. Belə ki, onlar real rəqibləri udmaq əzmini özlərində birləşdirirlər. Bu kateqoriyadan olan yeni oyun isə Number Rumble: Brain Battle-dir. Sözügedən oyun rəqəmlərlə bağlı tapmaca sevənlərə meydan oxuyur. Faktiki olaraq bu oyun rəqəmlərlə bağlı daha kiçik oyunları özündə birləşdirir. Təbii ki, oyunda qeydiyyatdan keçəndən sonra həmin oyunların hamısı sizlər üçün aktiv olmayacaq. Bunun üçün sizlər bir çox sınaqlardan və oyunlardan keçməli olacaqsınız. Həmin sınaq və oyunlarda rəqiblərinizə qalib gələrək oyun səviyyəniz artacaq. Real rəqiblə olan hər bir intellektual döyüş 3 raunddan ibarətdir. Hər bir raund isə təsadüfi seçilən mini oyundan ibarətdir. Əgər siz bu və ya digər oyunda zəif olsanız onda digər oyunu seçə bilərsiniz. Lakin bu zaman sizin oyundaxili pullarınz xərclənəcək. Həmin mini oyunlar isə məsələn bu tərzlərdədir. Ən böyük ədədin olduğu dairəni seçmək, ən çox altıbucaqlıya sahib obyekti klikləmək, ən çox rənglənmiş hissəsi olan dairəni seçmək və s. Mini oyunların keçilməsinə müəyyən vaxt intervalı verilir. Oyunu burdan yükləyə bilərsiniz.

Blown Away: Secret of the Wind

Oyunun baş qəhrəmanı Hendrick bəxti gətirməyən bir canlıdır. Onda qalan yeganə şey teleportasiya bacarığına malik başmaqlar və başındakı bir tükdür. Qalan hər şeyi isə külək sovurub aparıb. Onun evinin qalan hissələrini oyun səviyyələrində tapmaqda Hendrick-ə köməklik edin. Onda olan batareyaları şarj edin və həmişə hərəkətdə olan oyun səviyyələrində Hendrick-i teleportasiya vasitəsilə hərəkət etdirin. Oyunu burdan yükləyə bilərsiniz.

Block vs Block

Dünyanın məşhur oyunlarından biri olan Tetrisin bir versiyası olan Bock vs Block oyunu çox sadə və əyləncəlidir. Siz həm kompüterə qarşı, həmdə real adama qarşı oynaya bilərsiniz. Əgər oyun iPad-da oynanılsa onda sizləri çox gözəl qrafika və xoşagələn oyun idarəetməsi gözləyir. Oyunu burdan yükləyə bilərsiniz.


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Azercell jurnalistləri Milli Mətbuatın 145-illiyi münasibətilə təbrik edir!..

Məlumatın, xəbərin son dərəcə əhəmiyyətli olduğu ən həssas zamanlarda məhz şücaətli jurnalistlər öz ..


ABŞ-da Google şirkəti məhkəməyə verildi: Səbəb nədir?

ABŞ-da Google şirkəti Android əməliyyat sistemi səbəbilə məhkəməyə verildi.


Alimlər tarixdə ilk dəfə yeni planetin yaranma prosesini müşahidə ediblər (VİDEO..

Hal hazırda olan aktual elmi nöqteyi nəzərdən kainatın yaranması Böyük Partlayış ilə başlayıb. Lakin..


Əsrin sonuna gözlənilən iqlim dəyişikliyi artıq bütün qitələrdə başlayıb..

Güman olunurdu ki, tropik və subtropik regionlarda təyin olunacaq isti və nəm iqlim şəraiti planetin..


Astronomlar Yer kürəsinə ən yaxın olan qara dəliyi aşkar ediblər

Avropa cənub rəsədxanasının (ESO) astronomlarının rəhbərliyi altında olan tədqiqat qrupu kosmik miqy..


'Pandemiya hal hazırki dünya iqtisadiyyatına son qoyacaq və onu tanınmaz hala sa..

İqtisadi böhranlar baş verən zaman onların nəticələri bir neçə ildən sonra heç gözlənilməz istiqamət..

×