
Həftənin ən yaxşı Android oyunları
Digər
07.05.2017
Farid Pardashunas
Həftə sonunu maraqlı və şən
keçirtməyiniz üçün sizlərə həftənin ən yaxşı Android oyunlarını təqdim edirik.
Re-Volt 3


Yarış yollarında yarış avtomobillərinin
əsl güclərini hiss edin. Rəqiblərinizi yüksək sürətlə ötün keçin. Onlara müxtəlif
vasitələrlə atəş açın. Müxtəlif oyun rejimləri sayəsində yüksək nailiyyətlər əldə
edin. Dünya reytinqində yüksək yerləri tutmaq üçün digər oyunçular ilə online
rejimdə yarışın. Müxtəlif eskizlər və fotolar vasitəsilə öz unikal avtomobilinizi yaradın, təkmilləşdirin və onunla sosial şəbəkələrdə paylaşın. Sizin
ixtiyarınızda bir çox avtomobil növü var və onlar sizləri gözləyirlər. Oyunu burdan yükləyə bilərsiniz.


Defend Your Turf: Street Fight


Dünyanın hansısa yerində digər şəhərlərdən
fərqlənməyən bir kiçik şəhər yerləşir. Lakin bu şəhərin digərlərindən bir fərqi
ondadır ki, onun küçələrində göy və qırmızı paltar geyinmiş təhlükəli iki
qruplaşma vardır. Onların rəqabətləri o qədər böyükdür ki, onlardan olan nümayəndələr
öz rəngləri uğrunda hətta ölməkdən belə qorxmurlar. Oyunçu isə öz
bacarıqlarından istifadə edərək qırmızı geyimli qruplaşma ilə birlikdə bu küçələrdə
sağ qalmağa çalışmalıdır. Oyunu burdan yükləyə bilərsiniz.


Gear.Club


Gear.Club təkcə adrenalin dolu
yarışlar deyil. Bu həmdə güclü motor və sürətli yarış yollarının dünyasıdır.
Tam dəqiqliklə yığılmış avtomobil mühərriki, transmissiya və s. Burda hər şey
realdır. İnternet vasitəsilə dostlarınız və digər oyunçular ilə yarışaraq yeni
növ landşaftları kəşf edin. Sizləri müxtəlif yarış növləri və çempionatlar gözləyir.
Gear.Club-da hər kəs öz zövqünə uyğun avtomobil tapa bilər. Lüks avtomobilləri
tüninq edərək onları öz zövqünüzlə bəzəyin və təkmilləşdirin. Oyunu burdan yükləyə
bilərsiniz.


Linki kopyala
Həftənin xəbərləri

