main-post-cover

    2017-ci ilin yeni iPad modelləri nə zaman satışa çıxacaq?

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Yeni  iPad-lər modelləri biraz gecikəcək.

    Bu il qarşımıza çıxması gözlənilən üç yeni iPad modeli haqqında yeni məlumatlar gəldi. Gələn məlumatlara əsasən yeni iPad-lər üçün "Apple” istifadəçiləri biraz gözləməli olacaq. Bildiyiniz kimi "Apple”, bu il üç yeni iPad modelini təqdim etməyə hazırlanır. "Apple” bu il içərisində inkişaf etdirilmiş xüsusiyyətləri ilə diqqət çəkən 12.9 düymlü iPad Pro ilə birlikdə 10.5 düyümlü və 9.7 düyümlü iPad-ləri yaxın zamanda təqdim etməsi gözlənilir. Yeni iPad-lər üçün biraz daha gözləməli olacağıq. Lakin gələn məlumatlara görə. 2017-nin birinci yarısında təqdim olunması gözlənilən yeni iPad modelləri, bu ilin ikinci yarısında təqdim ediləcək.
    Gecikmənin səbəbi isə, yeni nəsil A10X posessorlarının istehsal prosesində olduğu üçün, yeni modellərin təqdimatının gecikəcəyi ifadə edildi. Bu səbəbdən "Apple” bu ilin birinci yarısında vacib xəbərlər verməsi  mümkün deyil. Bu da belə bir mənaya gəlir ki, yay aylarına qədər yeni bir iPad modeli qarşımıza çıxmayacaq. Yeni iPad-lər haqqında gələn texniki detallarına görə 9.7 düymlü iPad, digər iki modelə görə daha alt xüsusiyyətlərlə bazara çıxacaq. Digər modellərə görə daha uyğun qiymət etiketi ilə istifadəçilərə təklif olunacaq 9.7 düyümlü iPad, 10.5 düyümlü iPad modelini təqib edəcək  9.7 düymlü iPad-ə görə bir üst səviyyə olan 10.5 düymlü iPad isə gücləndirilmis xüsusiyyətləri ilə diqqət çəkən 12.9 düymlü iPad Pro-nu təqib edəcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər