2017 model Galaxy A7 telefonu haqda məlumatlar sızdırıldı (Video)

08.05.2017 0 PAYLAŞIM 5502 OXUNMA
TECHNOTE @technote TECHNOTE logo icon

Samsung Galaxy A7 (2016) olduqca tanınmışdı. Hal-hazırda Samsung şirkəti növbəti 2017-ci ildə təqdim etməyi planlaşdırdığı A7 üzərində işlər aparır. Galaxy A3 (2017) modelinin görüntülərini paylaşan @Onleaks, indi də Galaxy A7 (2017)-I ilə bağlı görüntüləri yayımlayıb.

Samsung Galaxy A7 (2017) ağıllı telefonunun texniki xüsusiyyətləri indiyədək bəzi testlərdə ortaya çıxmışdı. Sammobile saytı, 2017 model Galaxy A7-nin xüsusiyyətlərinə dair daha çox məlumat paylaşıb. Verilən məlumata inansaq, yeni 2017 model Galaxy A7 suya və toza davamlılıq sertifikatı IP68-ə sahib olacaq.

157,69 x 76,92 x 7,8mm ölçülərdə olan Galaxy A7, USB Type-C şarj əlaqələndiricisi və 3600mAh batareya ilə təchiz olunacaq. Aşağıda indiyədək Galaxy A7 (2017) ilə bağlı sızdırılan məlumatlardır.

2017 model Galaxy A7-nin xüsusiyyətləri

Model kodu: SM-A720F

Ekran: FHD 1080p5.5 / 5.7 inç

Prosessor: 1.8 GHz Exynos 7880

GPU: ARM Mali-T830

RAM: 3 GB

microSD vasitəsilə artırıla bilən 32 GB dahili yaddaş

Arxa kamera: 16 MP

Ön kamera: 16 MP

Batareya:3600 mAh

USB Type-C əlaqələndirici

Ölçülər: 157,69 x 76,92 x 7,8 mm

Toz ve su davamlı IP68 sertifikatı

Əməliyyat sistemi: Android 6.0.1 Marshmallow