main-post-cover

    Yerli startapımız "Reseptron", Amerikada böyümə üçün dəstək gözləyir

    Digər
    07.05.2017
    Farid Pardashunas
    2016-cı ilin iyun ayında Silikon Vadisində Stanford Universitetində təqdim olunan yerli startapımız "HealthBox", bu dəfə yeni adı "Reseptron" ilə "Founder Institute"da erkən akselerasiya mərhələsinə qəbul olub. 2016-cı ilin dekabr ayında "Founder Institute"a qəbul olan "Reseptron" startapının bütün proqram xərcləri "Female Founder Fellowship" tərəfindən qarşılanıb. Layihənin təsisçisi Leyla Tağızadənin sözlərinə görə hər il bütün müraciətlərdən cəmi 5%-nin dəyərləndirildiyi təqaüd proqramını qazanmaq o qədər də asan olmayıb. Qeyd edək ki, "Founder Institute", Silikon Vadisi əsaslı qlobal təşəbbüskarları yetişdirən, ilkin mərhələdə startaplara dəstək məqsədilə akselerasiya təşkil edən proqramdır. Bu proqram daxilində bütün dünyadan bacarıqlı və istedadlı startap rəhbərləri proqrama cəlb olunur və akselerasiya müddətində onlar mentor dəstəyi və Amerikada geniş "networking" ilə təmin olunur. 2017-cı ilin Fevral ayında FI-ya qatılan startaplardan yalnız 5%, bu proqramda öz yoluna davam edə biliblər. Seçilmişlər arasında "Reseptron" startapının da adı yer alır. Proqramda, yoluna davam etmək üçün "Reseptron"un qarşısına qoyulan əsas şərt - hər həftə 5% böyümə göstərməsidir. Bu məqsədlə layihənin daha çöx böyümə göstərməsi üçün bizim dəstəyimizə ehtiyacı var. "Technote Media" olaraq yerli startaplarımıza dəstək üçün bu məqaləni sizlərlə bölüşürük və sizi də www.reseptron.com saytına keçid edərək, qeydiyyatdan keçməyə dəvət edirik. Belə olan halda layihəmizin Amerika akseleratorunda daha sürətlə irəliləməsi və investisiya alması mümkün olacaq. 

    "Reseptron" nədir?

    "Reseptron", yerli developer və həkim mütəxəsislərdən təşkil olunmuş komandanın yaratdığı elektron səhiyyə tətbiqetməsidir. Mobil program, "Google Play" və "App Store" mağazalarında pulsuz olaraq mobil telefonlar üçün təqdim olunacaq. Proqram, xəstələrə, sağlamlıqları ilə əlaqədar məlumatları bir başa tibb müəssisələrinə göndərməyə imkan həlldir. Tətbiqin istifadəyə verilməsinin ilkin mərhələsində xəstələr onlara yazılan reseptləri skan edərək ölkənin apteklərinə göndərə biləcəklər. Əvəzində isə təkliflər bir başa onların mobil telefonlarında görsənəcək.

    Xidmət, istifadəcilərin (həkim və ya xəstə) arzusundan asılı olaraq dərmanları bir başa ünvana çatdırma imkanını da təqdim edəcək. Gələcəkdə bu sistem, mobil telefonu olmayan vətəndaşlar üçün tibb müəssissələrinə və tibb məntəqələrinə də terminallar şəkilində yerləşdiriləcək. Proqram, ilk növbədə tibbi xıdmətə əlçatanlığı aşağı olan dağlıq kənd əhalisi, müharibə zonasında olan əhali üçün və təbii ki, şəhər əhalisi ücün nəzərdə tutulub. Qeyd edək ki, Azərbaycanın kənd rayonlarında apteklərin sayı cox məhduddur. Qiş vaxtlarında əhali lazımi dərman tapmaq ücün onlarla kilometr yolu qət etməli olur.


    Əlavə olaraq qeyd edək ki, həmyerlilərimiz tərəfindən hazırlanan tətbiq 2016-cı ilin İyun ayında Silikon Vadisində, Stenford Universitetində təqdim olunub. "Reseptron" əvvəlki adı ilə "HealthBox", "2016 GIST Tech-I" təşəbbüsünün finalçısıdır. 30 "GIST Tech-I" finalisti İyun ayında "Qlobal Elm və Texnologiyada İnnovasiya" sammitində iştirak etmək üçün Silikon vadisinə dəvət alıblar. Onların arasında Azərbaycandan "HealthBox" 7494 səslə finala cıxmışdır. "HealthBox" mobil tətbiqi Standford Universitetində İyun ayının 19-24 arası təqdim edilmişdir. "GIST Tech-I" Summit-i hər il ABŞ dövlət departamenti və AAAS (Amerika Elmə Dəstək Asossasiyası) tərəfindən kecirilən nüfüzlu tədbirdir. Barack Obama şəxsən hər il "GES" sammitinin acılışını elan edir.


     
    Linki kopyala