
2030-cu ilə qədər özünüzə yaşamaq üçün başqa bir planet axtarın
07.05.2017
Farid Pardashunas
Yer kürəsinə insanların müdaxiləsi artdıqca
təbii fəlakətlər də qaçılmaz olur. Belə ki, dünyada təbii qaynaqlar sürətlə
azalır və təbiət getdikcə daha da çirklənir. Bunu araşdıran Dünya Təbiəti Qoruma
Fondunun hesabatına inansaq ən yaxşı halda 2030-cu ildə təbii depressiyanın
başlanması ehtimalı qaçılmazdır.
Hər il Yer üzündə təbii qaynaqların 1.6 dəfədən çoxunun istifadə olunduğu deyən
hesabata inansaq, şirin sularda yaşayan canlıların nəslinin kəsilməsi qaçılmaz
olacaq.
1970-2012 illər arasında şirin sularda yaşayan canlı sayısının 80% azaldığı hesabatda
öz əksini tapıb. Burda isə insanların təbiətə daimi müdaxiləsi xüsusi rol
oynayır. Məsələn, son 25 ildə 239 milyon hektar meşə sahəsi məhv olub. Meşələrin kütləvi məhvinə insan səbəb olmasa belə,
dolayı yolla çox ciddi rol oynayır.
Fondun məlumatına görə əgər insanlar belə
yaşamağa davam etsələr, onda ən yaxşı halda 2030-cu ildə yeni Yer kürəsinə
ehtiyac olacaq. Hesablama insanlığın ekoloji sistemi məhv etdiyini göstərən "ekoloji ayaq izi” əsas alınaraq həyata
keçirilir. Hesabatın sonunda ortaya çıxan kürəsəl hektarın kiçik çıxması təbiətin
o qədər az zədə almasına işarədir.
Fondun Almaniya şöbəsindən çalışan Christoph Heinrich bu problemi aradan
qaldırmaq üçün cəmiyyəti çevrəyə qarşı daha diqqətli davranmağa səsləyib. Nə demək olar hər ehtimala qarşı Asgardia vətəndaşlığını
nəzərdən keçirmək lazımdır.
Linki kopyala
Həftənin xəbərləri

