main-post-cover

    22 yaşlı gəncdən okeanları təmizləyəcək startap

    Digər
    07.05.2017
    Farid Pardashunas

    22 yaşlı hollandiyalı gənc, okeanların plastik tullantılardan təmizləməsi üçün layihə ortaya çıxarıb.

    Boyan Slat adındakı gənc 150 milyon avronu toplaya biləcəyi təqdirdə okeanları plastiklərdən təmizləməyi hədəflədiyini bildirib. The Ocean Clearup adında fond quran Slat, layihəsinə dəstək tapmaq üçün Stavanger bölgəsində keçirilən Neft Sərgisinə qatılıb və böyük maraqla qarşılanıb. Slatın sözlərinə görə bu layihə ilə dünya okeanlarının üzərində olan bütün plastikləri bir neçə ilin içində tamamilə təmizləmək mümkündür. Bu layihəyə görə 100 km uzunluğunda bir baryera ilə dənizlərin üzərindəki bütün plastikləri dəniz axıntısının köməyi ilə toplamaq mümkündür. Slatın qurduğu fondun məlumatında 1kq plastiki təmizləmək üçün 4 avro 54 sentin kifayət etdiyi göstərilir. Fond 100 nəfərlik mühəndis və araşdırmaçılardan ibarət könüllü qrupudur. Xatırladaq ki, fondun qurucusu olan 22 yaşlı gənc Intel Eye 50 tərəfindən 2013-cü ildə dünyanın ən çox gələcək vəd edən 20 startapçısından biri olmuşdu.
    okean təmizləmə startap layihəsi
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər