main-post-cover

    24 saat canlı yayım verərkən öldü!

    Sosial Media
    07.05.2017
    Farid Pardashunas

    Twitch üzərindən Make-A-Wish Foundation adına 24 saatlıq canlı yayım verən məşhur World of Tanks oyunçusu Brian "Poshybrid” Vigneault, canlı yayım əsnasında həyatını itirdi.

    Şimali Amerika bölgəsinin ən yaxşı World of Tanks oyunçularından biri olaraq qəbul edilən və toplanan donationların Make-A-Wish Fonduna göndəriləcəyi bir canlı yayım reallaşdıran Vigneault, siqaret çəkmək üçün kompüterin başından qalxdı və bir daha yayım geri qayıtmadı.

    Vigneault-un ölüm səbəbi nədir?

    İzləyicilərin maraqla gözləyişi isə uzun bir müddət sonra sonlandı. Twitch kanalının moderatorlarından birinin etdiyi açıqlamaya görə, yayımın 22-ci saatı dolmaq üzrəykən olduqca yuxulu görünən Vigneault siqaret çəkmək üçün komputerdən uzaqlaşdı. Geri qayıtmadığında isə izləyicilər onun yatmış olduğunu düşünməyə başladılar.

    Səhəri gün isə kanalın Discord qrupu üzərində Vigneaultu onlayn görənlər ona mesaj atdılar. Lakin onlara cavab verən şəxs Vigneault yox, onun ölümünü araşdırdıqlarını bildirən bir dedektiv oldu. Beləcə Brian Vigneaultun ölüm xəbəri də sürətlə yayılmış oldu.
    35 yaşında və üç uşaq atası olan Vigneaultun sevənləri üçün olduqca çətin bir gün olduğu dəqiqdir. Ölüm səbəbi hələ məlum olmayan Vigneault-un bu həftə ərzində bir neçə dəfə 20 saatdan artıq canlı yayımlar reallaşdırdığını və yuxudan uzaq qaldığını bildirək. Bunun ölümündə hərhansı bir təsiri olub-olmadığı isə bir müddət sonra ediləcək testlərdən sonra ortaya çıxacaq.
    Yəni hələki canlı yayıma görə öldüyünü irəli sürmək üçün bir qədər tez olduğunu deyə bilərik.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər