
240 like analiz üsulu ilə insan haqqında istənilən məlumatı necə əldə etmək olar?
07.05.2017
Farid Pardashunas
Facebook istifadəçisi üzərində edilmiş 240 like analizi, onun barəsində, sevgilisinin bildiyindən daha çox məlumat verə bilər.
Bu barədə Stenford yüksək məktəbinin, təşkilatı davranış
kafedrasının dosenti Michal Kosinski danışıb. "Bir insanı onun iş yoldaşı səviyyəsində
tanımaq üçün 10 like sistemini analiz etmək, həyat yoldaşı və ya ailə üzvləri səviyyəsində
tanımaq üçün isə 230-240 like sistemini analiz etmək lazımdır” – deyə Kosinski
bildirib. Bu zaman dəqiqlik çox yüksəkdir. Məsələn dəri rəngi və insanın
seksual orientasiyasını 90% dəqiqliklə təyin etmək olar. Ümumi olaraq isə hər
hansı bir istifadəçinin "rəqəmsal izləri”ni (onun qulaq asdığı musiqilər və ya
internet vasitəsilə aldığı məhsullar) analiz etsək onda onun xəbəri belə
olmadan həmin insan barəsində demək olarki hər şeyi öyrənə bilərik.
"Mənim üsulum onu göstərir ki, insanın rəqəmsal izlərini
analiz etməklə siz onun psixoloji özəlliklərini öyrənə bilərsiniz. Bu barədə
çox şübhələr var idi. Şübhələr o baxımdan ki, həqiqətənmi bir insanın rəqəmsal
izlərini, internetdə etdiyi müxtəlif əməliyyatları analiz etmək sayəsində onun
psixoloji şəxsiyyəti haqqında məlumat əldə olunsun?” –deyə alim qeyd edib. Klassik
psixologiyanın aspektləri onu qeyd edir ki, internetdə olan insanlar çox vaxt təsadüfi
əməliyyatlar edirlər. Onları analiz edərək isə şəxsin psixoloji şəxsiyyəti barəsində tam fikri formalaşdırmaq olmur. "Mənim tədqiqatlarım bunun əslində elə olmadığını
göstərdi. Siz təməl olaraq rəqəmsal izləri götürə bilərsiniz. İnsanın şəbəkədəki
davranışı onun şəxsiyyəti haqqında məlumat verir. Beləliklə indiki zamanda siz, hər-hansı insanın psixoloji şəxsiyyəti haqqında məlumatları onun xəbəri olmadan belə əldə
edə bilərsiniz” – deyə Kosinski əlavə edib. İstənilən şəxsin Facebook səhifəsinə
daxil olub hər-hansı bir tədbirdən olan fotosuna və ya onun iştirak
etdiyi tədbirlərin siyahısına baxmaq olar. Nəticədə bir çox şeylər aydınlaşacaq.
Linki kopyala
Həftənin xəbərləri

