main-post-cover

    25 illik mübarizədən sonra "Microsoft", Linux Cəmiyyətinə üzv oldu

    Elm & Texnologiya
    07.05.2017
    Orkhan Karimov

    Sonunda "Microsoft" da "Linux"la barışmalı oldu. Artıq "Microsoft" da Linux Cəmiyyətinə üzv oldu.

    Hər zaman açıq mənbə kodlar üzərində "Linux"u tənqid edən "Microsoft" sonunda bununla barışmalı oldu. 25 illik mübarizə üzvlük ilə tamamlandı.
    Bir çox çıxışlarında "Linux"u tənqid edən Bill Gates, açıq qaynaqlı kodlara sahib Linux əməliyyat sistemini proqramçılıq sahəsinin xərçəngi adlandırmışdı. Bu mənada Ballmer də ondan geri qalmırdı.
    Ziyanın yarısından qayıtmaq da xeyirdir fikrini təstiqləyən "Microsoft"un "Linux"u inkişaf etdirən könüllülər cəmiyyətinə üzv olması bunu tam mənasıyla əks etdirir. Digər tərəfdən isə Microsoft da bunun mənasız olmasını yaxşı anlayırdı.
     
    Linux-da yer alan açıq mənbəli kodların pulsuz olması və eyni zamanda bu işdən pul qazanan "Microsoft""Apple" kimi şirkətlərin olması təbii ki, bazarda rəqabəti artırırdı. Həmçinin bu "Microsoft" və "Apple"ın çoxlu maliyyə itkisinə səbəb olurdu.
    Ancaq digər tərəfdən Android kimi sistemlər daha fərqli və daha böyük ekonomik aktivliklər ortaya çıxardılar. Bu isə şirkətlərin açıq mənbəli kodlar üzərindən fərqli və dinamik gəlir modeli formalaşdırmasına şərait yaratdı.
    Linki kopyala