Vancuver adasında gəzintiyə çıxan bir ailə təsadüfən qəribə bir tapıntıya rast gəlib. Sonda bunun 25 milyon yaşı olan və uçma qabiliyyəti olmayan bir quşun qalıntıları olduğu üzə çıxıb. British Columbia krallıq muzeyinin çalışanı, mütəxəssis Gary Kasier fosilin təsadüfü şəkildə bir ailə tərəfindən tapıldığını deyib.
Kasier, üzərində araşdırma aparılacaq dərəcədə normal vəziyyətdə olan fosilin Kanadada bundan əvvəl heç tapılmayan və yaşadığı belə bilinməyən antik dönəmdə qalmış pinqvin və ya qarabatdağa bənzər bir quş cinsindən ola biləcəyini ifadə edib.
Kasier, həmçinin, quş qalıntılarının digər heyvanların qalıntılarına nisbətən torpağa daha davamlı olduğunu qeyd edib.
Şərh yoxdur