27 Oktyabrdakı tədbirdə "Apple"ın təqdim edəcəyi məhsullar məlum olub
Elm & Texnologiya
07.05.2017
Farid Pardashunas
"KGI Securities” şirkətindən olan analitik Minq Çi Kuo hamıya brend cihazların anonsundan qabaqkı proqnozları ilə tanınır.
Bu dəfə o, 27 Oktyabr tarixində baş
tutacaq "Hello Again” adlı tədbirdə "Apple” şirkətinin hansı cihazları təqdim
edəcəyini bildirib. Kuo-nun sözlərinə görə şirkət 3 yeni cihazın təqdimatını
hazırlayır. Bunlar 12 inç-lik MacBook, 13 və 15 inç-lik MacBook Pro modelləri
olacaq. Məlumata əsasən yeni Intel Core və AMD qrafik sürətləndiriciləri kimi
yenilənmələrdən əlavə sözügedən cihazlar həmdə qeyri-adi idarəetmə elementinə
sahib olacaqlar. Belə ki, bu qeyri-adi idarəetmə elementi klaviaturanın yuxarı
hissəsində yerləşəcək sensorlu OLED ekran olacaq. Bundan əlavə olaraq yeni
MacBook Pro modelləri Touch ID barmaq izi skanı və Thunderbolt 3 dəstəkli USB-C girişi ilə təchiz olunacaqlar. 13 inç-lik MacBook-a gəldikdə isə deyilənə görə
cihaz dizayn baxımından heç bir dəyişikliyə məruz qalmayacaq. Yeni özəlliklərdən
isə onun da bir neçə USB-C girişinə sahib olacağıdır. Lakin analitikin sözlərinə
əsasən iMac və 5K formatlı yeni ekranı gələn ildən tez bir zamanda gözləməyə
ehtiyac yoxdur. "Apple” şirkəti ənənəvi olaraq bu məlumatlar haqqında fikir
bildirməyib.
Linki kopyala
Həftənin xəbərləri
Whatsapp yaxın zamanda 2 yeni funksiyanı əldə edəcək
Qutusu açılmamış birinci nəsil iPhone modeli 15 Pro Max-dan təxminən 80 qat baha qiymətə satılıb!