

Qətər elm adamlarının araşdırmalarının nəticəsində 3 yeni planet kəşf olundu.
Qətər rəsmi xəbər agentliyi olan QNA\'da yer
alan xəbərə görə Qətər Ətraf Mühit və Enerji Araşdırmaları İnstitutunun müdir
müavini Halid es-Subeyi rəhbərliyi altında araşdırma üçün komanda qurulub. Çin,
İspaniya və Amerika\'dakı rəsədxanaların çəkdiyi yüzlərlə fotoları incələyən
alimlər, qalaktika ulduzlarının ətrafında dönən 3 yeni planet kəşf ediblər.
Qətər elm adamları kəşf etdikləri bu planetlərin
kütlə baxımından İsti Yupiterlər sinfinə aid etdiklərini qeyd edən Subeyi, bu planetlərin
həcmlərinin bizim Dünya\'mızdan 12-17 dəfə böyük olduğunu vurğuladı.
Kəşf edilən bu 3 planetin əsas ulduza yaxında
olmasına görə onun səthindəki istiliyin 1400 - 1700 dərəcə olduğunu vurğulayan Subeyi,
planetlərin öz ulduzları ətrafında bir dövrəsini 1.8-2.9 gündə tamamladıqlarını
qeyd etdi. Həmçinin Qətər 3, Qətər 4, Qətər 5 şəklində adlandırılan bu planetlər
Günəş sisteminə 1400-1800 işıq ili uzaqlıqdadır.
Şərh yoxdur