

Kosmonavt dünyanın ən cəlbedici vəzifələrindən biridir. Lakin əslində həyəcanlı uçuş dəqiqələri və missiyaları arasında günlərlə, hətta həftələrlə bekar vaxtlar olur. Belə vaxtlarda kosmonavtlar necə əylənirlər?
İndiki vaxtda kosmonavtlar kosmosda ola-ola Twitter-də müxtəlif fotolar paylaşır və planşetlərində filmlər izləyirlər. Lakin 1980-ci illərdə kosmonavtlar bizə indi adiləşmiş cihazlardan məhrum idilər. Buna baxmayaraq onlar kosmosda əyləncəli vaxt keçirə bilirdilər. NASA-nın arxivindən olan bu video onu göstərir ki, çəkisizlik şəraitində adi kağız təyyarənin buraxılması, geyimlərin geyinilməsi və yuxu kimi proseslər necə qeyri-adi hala çevrilirlər.
Şərh yoxdur